Azərbaycan süni intellekt və data mərkəzləri sahəsində regional hab kimi mövqeyini gücləndirməyi planlaşdırır.
Xeberler.az məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) bildirib.
Onun sözlərinə görə, Qafqaz, Mərkəzi Asiya və qonşu bazarlarda data mərkəzlərinə tələbat təxminən 850 meqavat həcmində qiymətləndirilir, halbuki mövcud regional təklif cəmi 30 meqavat təşkil edir.
“Bu isə Azərbaycan üçün böyük imkan yaradır. Ölkənin üstünlükləri sırasında 2 giqavatdan artıq enerji gücü, inkişaf mərhələsində olan 10 giqavatlıq yaşıl enerji layihələri, rəqabətqabiliyyətli elektrik tarifləri, tam fiber-optik şəbəkə əhatəsi və Avropanın əsas internet mübadilə nöqtələrinə çıxış yer alır. Uzunmüddətli perspektivdə Azərbaycanda 30-50 min GPU yerləşdirilməsi nəzərdə tutulur və bu istiqamətdə aparıcı qlobal texnologiya şirkətləri ilə müzakirələr aparılır”, - deyə Samir Məmmədov əlavə edib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları