Nazir: “Azərbaycanda onlayn domen qeydiyyatı sisteminin istifadəyə verilməsi domen sayının artımına müsbət təsir edəcək”
Azərbaycanda milli “*.az” domeninin onlayn qeydiyyatı sistemi sentyabrın 1-dən etibarən başlayacaq.
Rabitə və informasiya Texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, onlayn qeydiyyat sistemi ilə yanaşı, Azərbaycan əlifbasına uyğun domenlərin də istifadəyə verilməsi nəzərdə tutulub.
Azərbaycanın milli “*.az” domen inzibatçısı olan “Intrans” şirkətinin fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı nazir qeyd edib ki, hazırda Azərbaycanda internet istifadəçilərinin sayı təqribən 7 milyon təşkil edir.
“Nəzərə alsaq ki, ölkədə bu günədək 20 min domen qeydiyyata alınıb, bu o deməkdir ki, hər 10 min istifadəçiyə 1 domen düşür. Bu, kiçik göstəricidir, lakin gələcəkdə onlayn qeydiyyat sistemi istifadəyə verildikdən sonra domen sayının artımı gözlənilir. Ümumilikdə domen inzibatçısının tarif siyasətini müsbət qiymətləndirmək olar, bu gün bir domenin qeydiyyatı və illik servis xidməti cəmi 10-12 dollar təşkil edir. Gələcəkdə bizim məqsədimiz “*.az” domeninin beynəlxalq səviyyədə əlçatımlığını təmin etməkdir”, - deyə nazir bildirib.
Aynur Vəliyeva