İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 17-də bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.
RYTN-dən Xeberler.az-a verilən məlumata görə, nazir iranlı həmkarı ilə keçirdiyi görüşləri xatırladaraq bildirib ki, hər iki ölkənin müvafiq qurumları arasında kifayət qədər yüksək səviyyəli əlaqələr yaranıb. Qurumlar arasındakı yaxın əməkdaşlıq əlaqələri dövlətlərimiz arasındakı münasibətlərin inkişafının göstəricisidir. Nazirliyin fəaliyyəti və iş prinsipləri haqqında məlumat verən R. Quluzadə qeyd etdib ki, Azərbaycan poçt üzrə tranzit ölkəsi olmaq niyyətindədir. Artıq Rusiyanın müvafiq qurumları ilə razılıq əldə edilib. İranın da bu layihəyə qoşulması tərəflər üçün faydalı olar. Poçtdaşımalarının Azərbaycan üzərindən həyata keçirilməsi vaxt itkisinin qarşısını almaqla yanaşı, pul vəsaitinin də qənaət edilməsinə səbəb olacaq.
R. Quluzadə Azərbaycanda fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı barədə məlumat verib.
M. Vaezi görüşdə irəli sürülən təklifləri yüksək qiymətləndirərək həyata keçirilməsi üçün real addımların atılacağını nəzərə çatdırıb.
Görüşdə müştərək markaların çapı, təbliği və satışının təşkili, kibertəhlükəsizlik və sərhədyanı rayonlarda radiodalğaların tənzimlənməsi, eləcə də beynəlxalq trafikin qiymətinin azaldılması məsələləri müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Həmin gün Ramin Quluzadə İranın Milli Poçtunda olaraq qurumun fəaliyyəti və iş prinsipi ilə tanış olub. İran Milli Poçtunun Baş direktoru Hüseyn Mehri ilə görüş zamanı iki ölkənin poçt təşkilatlarının qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə edilib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri