Previous Next
Bağla

"Qeyri-neft-qaz sektoru üzrə məşğulluqda KOB-ların payı 60 faizə çatdırılacaq"

28-12-2022 12:51
 "Qeyri-neft-qaz sektoru üzrə məşğulluqda KOB-ların payı 60 faizə çatdırılacaq"

Azərbaycanın 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, qeyri-neft-qaz sektoru üzrə ümumi daxil məhsulda (ÜDM) kiçik və orta biznes (KOB) subyektlərinin payının 35 %-ə, qeyri-neft-qaz sektoru üzrə məşğulluqda isə KOB-ların payının 60 %-ə çatdırılması əsas hədəflərdəndir.

Xeberler.az bildirir ki, bunu "Dayaq" mükafatının təqdimat mərasimində Prezidentin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Azərbaycanda özəl sektorun ÜDM istehsalında payı 83,5 %-ə çatıb və artmaqda davam edir. Hazırda qeyri-neft-qaz ixracının 1/4-dən çoxunu KOB-lar həyata keçirilir. İqtisadiyyatda onların rolu xeyli artıb. Sahibkarlıq subyektlərinin 99 %-i KOB-lardan ibarətdir. Əlavə dəyərin yaradılmasında, məşğulluq və investisiyalar sahəsində onların payı davamlı artır. Hazırda ölkəmizdə innovativ startapların əhəmiyyəti genişlənir. Sevindirici haldır ki, ölkədə KOB-lar təkcə ticarət deyil, iqtisadiyyatın digər sahələrində də inkişaf edir, əmtəə və xidmətlə yanaşı müasir texnologiyaların tətbiqini təmin edir", - o qeyd edib.

Ş.Möhsümov həmçinin deyib ki, sahibkarlığın dəstəklənməsi ölkədə ədas prioritet istiqamətdir: "Prezident dəfələrlə çıxışlarında dövlət-sahibkar münasibətlərini tənzimləyən məsələləri qeyd edib. Bu sahədə mövcud siyasətin 3 əsas istiqaməti var. Birinci istiqamət odur ki, Azərbaycan dövləti sahibkarlığın inkişafına texniki, maliyyə və intellektual dəstək göstərir. Prezident dəfələrlə çıxışında dövlətin sahibkarları dəstəklədiyini bildirib. Dövlət sənaye parkları, sənaye zonaları yaradır, təşviq mexanizmləri tətbiq edir. İkinci istiqamət ölkədə biznesin qanuni inkişafı üçün zəruri mühitin təkmilləşdirilməsidir. Qanunvericilik bazası təkmilləşdirilib, biznesə yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində işlər görülüb, nəticədə sahibkarlıq üzərində inzibati təzyiq əhəmiyyətli dərəcədə azaldılıb. Prezident çıxışlarında qeyd edib ki, bəzi hallarda dövlət məmurları bunu başa düşmür və yerli icra orqanlarının rəhbərləri, nümayəndələri biznesin inkişafına imkan vermir, belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək. Nəticələr göstərir ki, artıq sahibkarlq subyektlərində aparılan yoxlamalar və atılan addımlar öz səmərəsini verir. Üçüncü istiqamət dövlətin dəstəyi müqabilində sahibkarın şəffaf fəaliyyət göstərməsidir. Prezident deyib ki, sahibkarlar vergiləri tam ödəsinlər, başqa heç bir quruma və yaxud şəxsə pul verməsinlər".

Bundan başqa, onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası prosesində inanılmaz imkanlar açılıb: "Dövlət başçısının tapşırığı ilə gələn il yanvarın 1-dən həmin ərazilərdə sahibkarlar 10 il mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad ediləcək. Həmçinin istehdalat sahələri üzrə xammal materialları, texnika və texnoloji avadanlıqların idxalının da 10 il ƏDV və gömrük rüsumundan azad edilməsi planlaşdırılır. Bu təkliflərə artıq Milli Məclisdə baxılıb və yaxın zamanda imzalanması nəzərdə tutulur. Ümid edirəm ki, işğaldan azad edilmiş ərazilərdə yaradılmış şərait və imkanlardan istifadə etməklə həmin ərazilər qısa müddətdə çiçəklənəcək. Obrazlı dildə desək bu ərazilər biznesin hələ ayaq açmadığı ərazilərdir. Bu da biznesin inkişafı üçün geniş imkandır. Kim bu ərazilərdə biznesə uğurla daxil olsa, onun biznesi uğurla da inkişaf edəcək".

"Ölkədə özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yerli və xarici investorların ölkə iqtisadiyyatına marağını artıracaq, qeyri-neft ixracı genişlənəcək. Prezidentin təşəbbüsü ilə atılan bütün addımlar ölkədə sahibkarlığın, xüsusilə kiçiç və orta biznesin inkişafına yönəlib və bu, vacib seqment sayılır", - Ş.Mövsümov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: “KOB-ların qeyri-neft ixracında payı 60 faizə çatıb”

01-12-2022

Kiçik və orta sahibkarların 7 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur

01-12-2022

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023

KOBİA: Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı ötüb

18-12-2025

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026

Mikayıl Cabbarov: "KOB-lardan vergi daxilolmaları 61 % artıb"

27-06-2023

KOBİA: "Azərbaycanda sahibkarların 99 faizdən çoxunu KOB-lar təşkil edir"

27-06-2023

Orxan Məmmədov: "KOB-lar rəqəmsal texnologiyaların tətbiqində geri qalır"

30-09-2024

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022

Nazirlik və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb

21-09-2018

Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

24-10-2025

KOB-lar üçün dəstək mexanizmləri işə düşəcək

20-09-2019

İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

01-12-2023

Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

05-05-2021

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

06-01-2023

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

30-09-2024

KOBİA 5 illik yubileyini qeyd edib

28-12-2022

KOBİA-nın sədr müavini sərfəli yatırım imkanları axtaran investorlara çağırış edib

17-11-2023

KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək

13-11-2025

"Azərbaycanda sahibkarlar güzəştli kreditlərə üstünlük verir"

02-12-2022

Azərbaycanda KOB-ların rəqəmsallaşma səviyyəsi qiymətləndiriləcək

30-09-2024

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə