Norton antivirus proqramının yaradıcısının doğum günüdür

14-11-2016 / 16:13

Bu gün informasiya texnologiyaları sahəsində tanınmış mütəxəssislərdən biri olanPiter Nortonun anadan olduğu gündür.

Xeberler.az-ın məlumatına görə,  o, 1943-cü il noyabrın 14-də ABŞ-ın Vaşinqton ştatının Aberdin şəhərində dünyaya göz açıb. Oreqon ştatında kolleci bitirdikdən sonra Berklidə riyaziyyat ixtisası üzrə Kaliforniya Universitetinə daxil olub.

P.Norton “Norton Commander”, “Norton Utilities”, “Norton Disk Doctor” və məşhur antivirus proqramı olan “Norton İnternet Security” kimi məhsulların yaradıcısıdır.

O, həm də fərdi kompüterlər haqqında “İBM PC-in daxilində”, “OS/2-nin daxilində” və “Proqramçının məlumat kitabçası” kitablarının müəllifi kimi tanınır.

1982-ci ildə Piter hazırladığı proqram məhsullarının kütləvi təqdimat və satışını təşkil etmək üçün "Norton Computing" şirkətini yaradıb.

Xeberler.az

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə