Previous Next
Bağla

NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

16-11-2020 13:35
NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “WhatsApp Inc.” şirkəti adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edir. Belə ki, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara “WhatsApp” üzərindən saxta mesajlar göndərir.

Göndərilən mesajlarda istifadəçinin mobil nömrəsinin guya “WhatsApp” tərəfindən “COVID-19“- la bağlı həyata keçirilən kampaniyada qalib gəldiyi və 700 min ABŞ dolları məbləğində pul mükafatına layiq görüldüyü bildirilir.

Həmin mükafatı almaq üçün istifadəçidən mesajda göstərilən qeydiyyat nömrəsini [email protected] elektron poçt ünvanına göndərməsi istənilir.

Məlumata etimad edib həmin e-poçta yazan istifadəçiyə “WhatsApp Inc.” adından mobil nömrəsinin şanslı nömrə olaraq seçilməsi ilə bağlı təbrik göndərilir və ödənişin köçürülməsi üçün ad, soyad, yaşadığı ölkə, milliyyəti, cinsi, ailə vəziyyəti kimi fərdi məlumatlarını təqdim etməsi istənilir. Məlumatlarını təqdim edən istifadəçiyə fərqli e-poçtdan ([email protected]) saxta hədiyyə sertifikatı göndərilir və bank əməliyyatlarının aparılması üçün [email protected] e-poçtuna mesaj yazması bildirilir. Həmin e-poçta cavab olaraq saxta “Credit Union Bank” tərəfindən köçürmənin edilməsi üçün istifadəçidən bank hesabı məlumatlarını və şəxsiyyət vəsiqəsini təqdim etməsi istənilir. İstifadəçi həmin məlumatları təqdim etdikdə məlumatlar kiberdələduzun əlinə keçir və digər bədniyyətli əməllərin həyata keçirilməsində istifadə edilir.

Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər və Report spam (Şikayət et) seçimini etməklə mesajı spam olaraq şikayət etsinlər. Hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar.

Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

27-10-2020

“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

16-11-2020

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022

Elektron Təhlükəsizlik Xidməti “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edib

27-12-2021

Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

14-03-2022

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta investisiya layihələri ilə bağlı xəbərdar edir

23-06-2022

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022

Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

24-11-2020

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

01-10-2020

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

Nazirlik: Adımızdan saxta məktublar göndərilir

29-10-2020

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

10-11-2020

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

30-10-2023

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

28-04-2021

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edir

13-10-2020

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021

NRYTN: Düşmən əks-təbliğat aparmaq məqsədilə məlumat əldə etməyə çalışır

10-12-2020

Ermənistanın elektron poçt üzərindən “fişinq” hücum cəhdləri davam edir

20-10-2020

Nazirlik: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir

20-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə