26-29 may 2022-ci il tarixlərində Bakı şəhərində keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında AMEA-nın müəssisələri də təmsil olunacaq.
Xeberler.az bildirir ki, bu barədə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Rəyasət Heyətinin martın 11-də keçirilən iclasında məlumat verib.
Akademik Rasim Əliquliyev festivalın Türkiyə və Azərbaycan arasında bütün sahələrdə mövcud olan yüksək əməkdaşlıq münasibətlərinin növbəti təzahürü olduğunu, qardaş ölkənin məsul qurumlarının böyük dəstəyi ilə təşkil ediləcək festivalın ən son trend və texnologiyalar ilə tanış olmaq imkanı yaratdığını vurğulayıb.
Festivalda AMEA-nın pavilyonu üçün müvafiq sahənin ayrıldığını deyən akademik Rasim Əliquliyev Akademiyanın elmi müəssisələrinin “Teknofest”də yaxından iştirakının zəruriliyinə toxunub.
İclasda AMEA prezidenti v.i.e., akademik Arif Həşimov “Teknofest Azərbaycan” festivalında AMEA-nın yüksək səviyyədə iştirakı və elmi nailiyyətlərin sərgilənməsi ilə bağlı tapşırıqlarını verib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri