Previous Next
Bağla

“Asan İmza” Dubayda təqdim ediləcək

16-02-2016 10:36
“Asan İmza”  Dubayda təqdim ediləcək

“Asan İmza” İslam bankçılığının inkişafında innovativ alət kimi Dubayda təqdim ediləcək.

Fevralın  17-18 tarixlərində  Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Qədim Yollar: Yeni İmmkanlar” mövzusunda Qlobal Biznes Forum keçiriləcək.

Dubay Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən və BƏƏ-nin vitse-prezideni və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun himayədarlığı altında keçirilən bu nüfuzlu maliyyə tədbirində ümumilikdə 500-dən artıq iş adamının, bank və digər maliyyə təsisatlarının rəhbərlərinin, yüksək vəzifəli dövlət nümayəndələrinin və rəsmi şəxslərin iştirak edəcəyi gözlənilir.   

Xeberler.az-ın məlumatına görə, forumun işinə B.EST Solutions şirkətinin baş icraçı direktoru cənab Behnam Qurbanzadə də qatılacaq. B.Qurbanzadənin çıxışı İslam bankçılığı modellərinin inkişafında innovativ texnologiyaların tətbiqi mövzusuna həsr ediləcək, xüsusilə, Azərbaycanın mobil elektron imza texnologiyası olan “Asan İmza” xidmətinin İslam bankçılığında tətbiqi perspektivlərindən bəhs ediləcək.

İki gün davam edəcək forum barədə daha ətraflı məlumatı www.cisgbf.com veb-səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, cənab Behnam Qurbanzadə “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-ci ilin yanvar ayında təyin olunub. İslam maliyyəsi və bankçılığı sahəsində MDB məkanında nüfuzlu ekspertlərdən olan B.Qurbanzadə bundan öncə uzun müddət ərzində Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinə rəhbərlik edib.

Behnam Qurbanzadə Moskva Beynəlxalq Ali Biznes Məktəbini MBA dərəcəsi və Plexanov adına Rusiya İqtisadiyyat Universitetini beynəlxalq iqtisadi əlaqələr sahəsində magistr pilləsi üzrə bitirib, eyni zamanda Sertifikatlaşdırılmış İdarəetmə Mühasibləri İnstitutunun islam bankçılığı üzrə CIMA diplomunun sahibidir.

2014-cü ildə özünün dissertasiya işi çərçivəsində cənab Qurbanzadə Harvard Universitetində islam bankçılığı mövzusunda məruzə ilə çıxış edib.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Asan İmza”  Londonda təqdim ediləcək

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016
“Asan İmza” Haaqada təqdim ediləcək

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016
“Asan İmza” Rusiyada təqdim ediləcək

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016
Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016
“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016
Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

16-06-2017
Tanınmış İT şirkətinin məlumatları onlayn təqdim ediləcək

Tanınmış İT şirkətinin məlumatları onlayn təqdim ediləcək

09-10-2015
Bakıda Maliyyə İnnovasiya Forumu keçirilir - Fotolar

Bakıda Maliyyə İnnovasiya Forumu keçirilir - Fotolar

27-05-2015
Asan İmza xidməti artıq Bank BTB ASC–də

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018
“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

01-12-2025
“Asan İmza” Polşada  təqdim ediləcək

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016
“Asan İmza” Parisdə təqdim edilib

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında  rəqəmsal filialı ilə təmsil olunur

ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

16-06-2026
“Asan İmza” Daşkənddə təqdim edilib

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016
Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016
Asan İmza ödənişsiz oldu

Asan İmza ödənişsiz oldu

22-05-2020
 PASHA Bank yeni texnologiyanın tətbiqinə başladı

PASHA Bank yeni texnologiyanın tətbiqinə başladı

09-01-2018
Bank VTB ASAN imza xidmətini tətbiq edib

Bank VTB ASAN imza xidmətini tətbiq edib

14-11-2015
B.EST Solutions ISESCO ilə əməkdaşlığa başladı

B.EST Solutions ISESCO ilə əməkdaşlığa başladı

23-11-2016
“PAŞA Bank” onlayn bank platformasını  daha da əlçatan edib

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023
İKT şirkətlərimiz  beynəlxalq tenderdə iştirak edir

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016
 “Asan İmza” Romada təqdim edildi

“Asan İmza” Romada təqdim edildi

06-05-2015
Azərbaycan innovasiyası Mərakeşdə tətbiq edilə bilər

Azərbaycan innovasiyası Mərakeşdə tətbiq edilə bilər

13-11-2017
“Asan İmza” Kann şəhərində təqdim olunub

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə