Amazon internet şirkətinin təsisçisi Ceff Bezos insan müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki saatın inşasına başlayıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu barədə Twitter səhifəsində məlumat verən şirkət yaradıcısı qurğunun montajını əks etdirən video yerləşdirib.
Sahibkarın sözlərinə görə, hündürlüyü 152,4 metr təşkil edən və bütün hissələri mexaniki olan saat günorta ilə sinxronlaşdırılmış gündüz və gecə temperatur dövrələri vasitəsilə işə salınır. “Uzunmüddətli düşüncə simvolu – “10000YearClock” saatı Denni Hillis, Zander Rouz və mütəxəssislər qrupu tərəfindən yığılır”, - o qeyd edib.
Məlumata görə, C.Bezos layihəyə 42 milyon dollar xərcləyib. Saat Qərbi Texasda ucqar dağda inşa olunur. 2011-ci ildə iş adamı saat barədə belə deyib: “On min il ərzində ABŞ Yer üzündən silinəcək. Bütöv sivilizasiyalar inkişaf edəcək və tənəzzülə uğrayacaq. Yeni idarəetmə sistemləri icad olunacaq. Siz, o cümlədən, heç kim dünyanı təsəvvür edə bilmir. Lakin biz bütün bunları saatın köməyi ilə keçməyə çalışacağıq”.
Qurğunun quraşdırılmasının nə vaxt başa çatacağı barədə məlumat verilmir. Onun tam hazır olandan sonra istifadəyə verilməsi planlaşdırılır. (ictnews)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri