Dünyanın ən güclü smartfonu məlum olub

01-09-2016 / 17:45

Çinin rəsmi təqdimatı hələ keçirilməyən LeEco Le 2s Pro smartfonu dünyanın ən güclü qurğusu seçilib.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki,  AnTuTu sınaqlarında aparat 158 min bal toplayaraq əvvəlki lider OnePlus 3 smartfonunu geridə qoyub. Qurğunun dünya ictimaiyyətinə bu ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

Smartfon Qualcomm şirkətinin Snapdragon 821 prosessoru, metal korpuslu 5,5 düymlük ekran ilə təchiz edilib.

Bundan başqa, qurğu 4 qiqabaytlıq operativ və 32 qiqabaytlıq daxili yaddaşa malik olacaq. Displey Full HD formatını dəstəkləyir. Potensial alıcılar 6 qiqabaytlıq operativ yaddaşla təchiz edilən daha təkmil modeli də əldə edə bilərlər. Bu modelin fləş toplayıcısı 64 qiqabayt tutuma, displeyi QHD təsvir ölçüsünə malikdir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə