Previous Next
Bağla

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025 11:20
“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə ixtisaslaşmış qlobal şirkət “Ookla” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinə həsr olunmuş analitik məqalə dərc edib.

Xeberler.az bildirir ki, “Ookla”nın mütəxəssisləri tərəfindən aparılan araşdırmalar, açıq mənbələrdən əldə edilmiş məlumatlar və müvafiq sahə üzrə nüfuzlu ekspertlərin rəyləri əsasında hazırlanmış məqalədə layihənin əhəmiyyəti bir neçə aspektdən təhlil olunub. Şəhər mərkəzləri ilə ucqar ərazilər arasında rəqəmsal uçurumun aradan qaldırılmasının ölkə üçün strateji əhəmiyyət daşıdığı xüsusilə vurğulanıb.

Məqalədə qeyd olunub ki, 2020-ci ildə ölkə üzrə orta internet sürəti təxminən 10 Mbit/s olduğu halda 2025-ci ilin əvvəlində bu göstərici 73 Mbit/s-yə yüksəlib. Bu artım dörd il ərzində qurulmuş güclü genişzolaqlı infrastrukturun təsirinin nəticəsidir.

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində ucqar ərazilərdə rəqəmsal inklüzivliyi təmin etmək məqsədilə maarifləndirmə təşəbbüsləri həyata keçirilib, istifadəçiyə xüsusi dəstək xidmətləri və əlçatan data paketləri təqdim olunub ki, bu da öz növbəsində hər kəs üçün internetə çıxışın əlçatanlığını artırıb.

Layihənin başa çatması nəticəsində internet istifadəçilərinin məmnunluq səviyyəsinin yüksəlməsi, ümumi müştəri təcrübələrinin əhəmiyyətli dərəcədə yaxşılaşması xüsusi qeyd olunub. Məqalədə ölkə ərazisində internet istifadəçilərinin 93%-nin genişzolaqlı internet xidmətlərindən faydalanması üçün imkan yaradılması təqdir edilib.

Məqalənin müəllifləri proqnozlaşdırırlar ki, yüksəksürətli internetin geniş yayılması iqtisadi artıma təkan verəcək, rəqəmsal savadlılığı artıracaq və Azərbaycanın investorlar üçün cəlbediciliyini daha da yüksəldəcək.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

08-05-2025

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

30-05-2025

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

22-05-2025

“Aztelekom”un dəstəyi ilə “GAMESUMMIT” keçiriləcək

26-05-2025

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

22-04-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçirilib

29-04-2025

"Aztelekom" yenidən təşkil edilir

25-04-2025

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

15-05-2025

Filip Kotlerin kitabında “Aztelekom” təcrübəsindən bəhs olunacaq

21-05-2025

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025

“Aztelekom” beynəlxalq assosiasiyaya üzv olub

21-10-2025

Azərbaycanda internetin sürəti 30 faiz artıb

24-01-2024

Ölkənin ucqar regionlarında 855,9 mindən çox ev təsərrüfatı və biznes subyekti yüksəksürətli internetə çıxış əldə edib

10-05-2024

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti artıb

10-03-2025

“Aztelekom” “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb

06-03-2025

Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

16-01-2026

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatıb

10-03-2025

Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub

31-07-2024

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

30-05-2024

“Onlayn Azərbaycan” layihəsinin Bakı şəhərinə aid hissəsi tamamlandı

23-09-2024

“Aztelekom” beynəlxalq tədbirdə təmsil olunub

10-03-2026

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib  

10-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə