Previous Next
Bağla

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025 20:12
Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh
"Rusiyanın Azərbaycana qarşı təhdidlərinin artmasından dolayı yaranan gərginlik təkcə siyasi, iqtisadi və diplomatik sahədə yox, rəqəmsal müstəvidə də ciddi risklər yarada bilər".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz  Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsini və bundan sonra yaranan vəziyyəti şərh edərkən deyib.
 
Osman Gündüzün sözlərinə görə, əminliklə demək olar ki, bu, daha çox özünü Azərbaycan internetinin dayanıqlığında göstərəcək:
 
"Azərbaycanın magistral internet bağlantıları əsasən Türkiyə -Gürcüstan, Avropa –Gürcüstan, Rusiya və İran üzərindən ölkəyə daxil olur. Yəni Azərbaycan interneti bu magistrallar üzərində "oturub".
 
Ölkəyə daxil olan trafikin yarıdan çoxu isə hələ də Rusiya üzərindəndir. Yəni ən böyük trafik asılılığı Rusiya istiqamətindədir.
 
Fikrimcə son zamanlar baş verənlər göstərir ki, Azərbaycan interneti və ümumiyyətlə informasiya məkanımızla bağlı Rusiya və İran tərəfdən təhdidlər və risklər xeyli güclənəcək".
 
Ekspert bildirib ki, Azərbaycan internetinə müdaxilələr edə bilər, fiziki olaraq magistral optik xətlər sıradan çıxarıla bilər, həmçinin də filtrasiya və bloklanma kimi trafikə süni məhdudiyyətlər tətbiq edə bilər. Belə risklər qaçılmazdır:
 
"Düşünürəm ki, bu riskləri azaltmaq və onlardan yayınmaq üçün İnternet marşrutlarının diversifikasiyasını sürətləndirmək lazımdır. Azərbaycan üçün ən etibarlı ola biləcək Türkiyə və Gürcüstan üzərindən trafik daha da artırılmalıdır.
 
Qara Dənizin dibi ilə trafik gətirən fiber-optik xəttə sahibliklə bağlı AzerTelecom şirkətinin Caucasus Online ilə anlaşmasına Gürcüstan hökuməti tərəfindən qoyulan bloklanmanı aradan qaldırmaq üçün Azərbaycan hökuməti səylərini gücləndiriməlidir.
 
Az domeni ilə bağlı problemi İKTA hələ də həll edə bilməyib. DNS xidmətləri ölkə daxilində yerləşdirilməlidir.
 
DTX Az domeni ilə bağlı infrastrukturu kritik elan etməlidir. Amma görünən odur ki hələlik bu istiqamətdə heç bir dəyişiklik müşahidə olunmur.
 
Düşünürəm ki, indiki anda kritik dövlət və özəl sektor üçün, vacib olan media saytları üçün ehtiyat internet bağlantılar yaradılmalıdır.
 
Bu tip qurumların internet bağlantıları mütləq olaraq hər üç magistral provayder üzərindən olmalıdır".
 
Osman Gündüz qeyd edub ki, magistral operatorlar - AzerTelecom, Delta Telecom və Aztelekom Azərbaycan internetinin dayanıqlığı və informasiya sahəsində milli təhlükəsizliyimiz üçün daha çevik, əlaqələndirilmiş formada və ehtiyatlı davranmalıdırlar:
 
"Trafik marşrutlarının diversifikasiyası, kritik infrastrukturun daxili ehtiyatlarla təmin edilməsi və xarici təsirlərə qarşı monitorinq sistemlərinin gücləndirilməsi bu mərhələdə ən vacib addımlardır.
 
Ümumiyyətlə, dünyada və regionda gedən proseslər göstərir ki, ölkədə milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunması daha məqsədəuyğun olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Azərbaycan interneti kifayət qədər  dayanıqlıdırmı?

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022
Delta Telekom-a kiberhücum Rusiyadan ola bilərmi? - Ekspertdən açıqlama

Delta Telekom-a kiberhücum Rusiyadan ola bilərmi? - Ekspertdən açıqlama

21-08-2025
Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

13-03-2022
Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020
Delta Telecomda nə baş verir?

Delta Telecomda nə baş verir?

21-04-2020
Ekspert: Gürcüstan da Azərbaycana qarşı bütün cəbhələrdən hücum edir

Ekspert: Gürcüstan da Azərbaycana qarşı bütün cəbhələrdən hücum edir

22-04-2021
Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019
Ekspert:  Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına ehtiyac var

Ekspert: Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına ehtiyac var

14-01-2025
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

18-10-2019
VPN-lə bağlı ekspertdən mühüm açıqlama

VPN-lə bağlı ekspertdən mühüm açıqlama

26-10-2020
Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

Ekspert: az domeni hələ də Azərbaycan yurisdiksiyasından kənardadır

12-11-2025
Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025
Balakəndə 7 saat müddətində internet olmayıb

Balakəndə 7 saat müddətində internet olmayıb

29-07-2019
Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023
Ekspert: Moskvada baş tutan görüşün nəticələrinə görə uduzan tərəf hələki Gürcüstandır

Ekspert: Moskvada baş tutan görüşün nəticələrinə görə uduzan tərəf hələki Gürcüstandır

12-01-2021
Ekspert: "Starlink"in Azərbaycanda fəaliyyətə başlaması nəyi dəyişəcək?

Ekspert: "Starlink"in Azərbaycanda fəaliyyətə başlaması nəyi dəyişəcək?

02-04-2025
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020
"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025
Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022
Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə