Previous Next
Bağla

Osman Gündüz: "Bahalı rouminq" dən canımız qurtaracaqmı?

12-07-2021 14:12
Osman Gündüz: "Bahalı rouminq" dən canımız qurtaracaqmı?
Xeberler.az ötən gün NRYTN-a istinadən məlumat verib ki, Azərbaycan "Şərq Tərəfdaşlığı" təşəbbüsünə qoşulan ölkələrlə Regional Rouminq Razılaşması imzalayacaq.
 
Bu sazişdən sonda Gürcüstan, Ukrayna, Belarus və Moldovaya səfər edən vətəndaşlarımızın rouminq xərcləri maksimum dərəcədə azalacaq.
 
Məsələ ilə bağlı Azərbaycan İnterenet Formunun Prezidenti Osman Gündüz açıqlama verib:
 
"Məlumat üçün deyim ki, uzun illərdir ki, Avropanın “EU4Digital” təşəbbüsü çərçivəsində buna hazırlıq getməsinə baxmayaraq indiyədək razılıq əldə etmək mümkün olmayıb.
 
Xatırlayıram ki, prosesin 2020-ci ildə bitməsi gözlənilirdi. Bununla bağlı çoxlu maneçiliklər və maraq toqquşmaları var.
 
Ölkələrin müxtəlif qanunvericilik bazalarına sahib olması, sektorda müxtəlif səlahiyyətlərə malik tənzimləyicilər olması, bəzilərində isə ümumiyyətlə tənzimləyici qurumun olmaması bu məsələnin həllini ləngidən amillərdən olub.
 
Əgər NRYTN rəsmiləri açıqlama veriblərsə ki, cari ildə regional rouminq sazişi imzalanacaq, demək buradan belə qənaətə gəlmək olar ki , Azərbaycanda telekommunikasiya üzrə müstəqil tənzimləyici qurumun formalaşmasına lap az qalıb.
 
Çünki, adı çəkilən razılaşmanın gerçəkləşməsi üçün Avropada sahə üzrə mövcud qaydalar ölkələr qarşısında müəyyən vəzifələr qoyub və onlardan ən əsası da məhz müstəqil tənzimləyici qurumun yaradılmasıdır".
 
Ekspertin sözlərinə görə, Azərbaycanda, baxmayaraq ki, Starteji Yol Xəritəsində 2020-ci ilin sonu yaradılması nəzərdə tutulmuşdu, hələlik tənzimləyici qurum yoxdur və onun səlahiyyətlərini elə NRYTN həyata keçirir.
 
"Xatırlayıram ki, Prezident tərəfindən NRYTN-a nazir təyinatı zamanı da sektorda əsas həllini gözləyən məsələlərdən birisinin də tənzimləmə olduğu bildirilmişdi.
 
İndi NRYTN-in açıqlamasından görünür ki, ölkədə telekommunikasiya sektorunda fəaliyyət göstərəcək müstəqil tənzimləyici qurumun yaradılmasına çox az qalıb.
 
Beynəlxalq təcrübədə tənzimləyici qurumun müstəqil olması, bazar subyektlərindən asılı olmaması, rəhbərinin və ya üzvlərinin Prezident tərəfindən təyin edilməsi daha uğurlu variant hesab olunur".
 
Vətəndaşlar rouminq razılaşmasından nə qazanacaq ?
 
"Məlumdur ki, Azərbaycanlılar xaricə, hətta qonşu ölkələrə səfər edərkən yüksək rouminq tarifləri ilə üzləşirlər.
 
Adətən başqa ölkəyə səfər edənlər rouminqin hədsiz bahalı olması ucbatından zəruri informasiya münasibətləri qura bilmir, telefonu elə hava limanındaca söndürür, xüsusən də hədsiz baha olduğundan, indiki zamanda çox vacib olan data (fayl, şəkil, video və s.) ötürülməsindən imtina olunur və ya bu ölkənin mobil nömrəsini almaqla qismən də olsa informasiya tələbatını ödəməyə çalışır.
 
Sazişin imzalanması ilə 6 ölkə arasında mobil rabitədə həm səs, həm SMS, həm də mobil data xidmətlərində rouminqin ləğvi və ya endirilmsi nəzərdə tutulur. Bu saziş daha effektiv informasiya münasibətlərinə imkan verəcək. Qeyd edim ki, ucuz rouminq tariflərinin 2022-ci ildən qüvvəyə minməsi gözlənilir.
 
Ümumiyyətlə isə 80%-dək ucuzlaşma gözlənilir.
 
Yeri gəlmişkən, Avropa İttifaqı öz vətəndaşları üçün 2009-cu ildən bu problemi həll edib, 27 ölkədə rouminqi sıfırlayıb. Aİ-nin digər ölkələrlə də rouminiq razılaşmasını nəzərdə tutan “Evdəki kimi rouminq” razılaşması 2017-ci ildə qüvvəyə minib.
 
2019-cu ilin fevralında Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqına üzv ölkələr arasında vahid beynəlxalq rouminq məkanının yaradılması imkanının tədqiqinə dair razılığa gəlinib.
 
Yəni, Şərq Tərəfdaşlığı ölkələri öz aralarında rouminq problemini həll edə bilsələr, gələcəkdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında da sərfəli şərtlərlə rouminq xidmətləri təklif edilməsi gözlənilir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri ilə regional rouminq sazişi imzalayacaq

09-07-2021

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

17-09-2019

Aİ bəzi ölkələri ilə rouminq tarifini ləğv etməyi planlaşdırır

08-06-2017

Azərbaycan ilə Aİ arasında rouminq tariflərinin azaldılması müzakirə olunub

06-10-2021

Azərbaycan 5 dövlətlə vahid rouminq məkanı yarada bilər

20-04-2021

Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

21-04-2018

Ukrayna və Moldova rəsmən Aİ-nin rouminq zonasına daxil olub

02-01-2026

Avrpa İttifaqı ölkələri ilə rouminq tarifləri azaldıla bilər

13-06-2019

Osman Gündüz: Mobil nömrə daşınmasından gözləntilər özünü doğrultmayıb

19-04-2014

Avropa İttifaqı qanunvericilik əsasında SMS-lərin qiymətini endirmək niyyətindədir

10-10-2008

Səyahət üçün sərfəli rouminq fürsətləri

20-07-2023

"Mobil operatorlara qanun çərçivəsində təzyiq olunacaq"

24-11-2010

Yarım ildən sonra Avropa İttifaqı rouminq xidmətlərinin qiymətini aşağı salacaq

03-12-2008

“Nar”dan sərfəli rouminq - Pulsuz WhatsApp yazışma

15-08-2023

Avropa Birliyi rouminq ödənişini ləğv edəcək

02-02-2017

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020

"Azerfon-Vodafone" rouminq əhatəsini 120 ölkəyə çatdırıb

18-02-2011

«Azercell» Estoniya, Lüksemburq və Lixtenşteyn ilə rouminq sazişi bağlayıb

11-12-2008

Əli Abbasov mobil operatorların rominq tariflərindən razı deyil

11-02-2011

“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010

Milli Telekommunikasiya Şurası nə vaxt yaradılacaq?

14-02-2018

«Azercell» şirkəti Tacikistan və Liberiya operatorları ilə rouminq sazişi imzalayıb

18-12-2008

«Azercell» İsveçrə ilə ilk rouminq müqaviləsi imzalayıb

17-04-2009

“Azercell” daha bir rouminq müqaviləsi imzaladı

27-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə