Yaponiyanın "HAPS Mobile" şirkəti orbital radioötürücü aparatlar və raket buraxılışları üçün orijinal alternativ texnologiya kəşf edib.
Xeberler.az bildirir ki, "HAWK30" adlı qeyri-adi pilotsuz uçan aparat konstruksiyası 10 elektromotora malik böyük qanaddan ibarətdir. Yüksək hündürlükdə (təxminən 20 km) uçuşlar üçün nəzərdə tutulan dron günəş batareyaları ilə təchiz olunub. Onlar qurğuya təkrar enerji toplamadan havada uzun müddət qalmağa imkan verir.
Retranslyator funksiyalarını yerinə yetirəcək "HAPS" pilotsuz uçuş aparatı mobil internetin paylanılması üçün baza stansiyası qismində istifadə oluna bilər. Yerüstü avadanlıqdan fərqli olaraq onun siqnalı bina və qurğular tərəfindən maneələrin təsirinə daha az məruz qalır.
Artıq uçuş sınaqları keçirilən qeyri-adi aparat perspektivdə bahalı peyk internetinə rəqib olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri