Vöyük Britaniyanın Buzz Technology şirkəti smartfonun korpusuna quraşdırılmaqla onun kamerası ilə enerji alan pilotsuz uçan aparat konsepsiyasını hazırlayıb.
Xeberler.az RYTN-in elektron mətbuat xidmətinə istinadən məlumat verir ki, şirkət 3D printerdə çap edilən bir neçə prototipi "The Gadget Show Live" sərgisində nümayiş etdirib.
Mütəxəssislər smartfonun korpusunda miniatür kvadrokopterin yerləşdirilməsi üçün yer ayırmağı təklif edirlər. Onlar telefonu kameranı pilotsuz uçan aparatda bərkitmək üçün dəyişdirilən uzun kabellə təchiz ediblər.
Qurğu enerjini və komandaları smartfonun fiziki xətti ilə alacaq. Beləliklə, istifadəçi havadan şəkil çəkmək imkanı və yalnız telefon akkumulyatorunun topladığı enerji ilə məhdudlaşdırılan uçuş vaxtı əldə edir, fiziki xətt isə kvadrokopteri itirmək imkanını minimuma endirir.
Qeyd olunur ki, kameranı, həmçinin aparatdan ayrıca, məsələn, "Action" kamera kimi istifadə etmək mümkündür. Bundan başqa, belə konstruksiya əsas və ön kameranın quraşdırılmasını nəzərdə tutan ənənəvi sxemdən imtina etməyə imkan verir. Çünki istifadəçi lazım gəldikdə kameranı döndərə və ya linzanı dəyişdirə bilər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri