“Direct Line” sığorta şirkəti pilotsuz uçan aparatlardan (dron) küçələrdə şəxsi işıqlandırma qurğuları kimi istifadə etməyi təklif edir.
Böyük Britaniyanın “Direct Line” sığorta şirkəti gecə vaxtı insanlara özlərini daha təhlükəsiz hiss etmək imkanı yaratmaq üçün “Fleetlights” layihəsini düşünüb.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, şirkət nümayəndələri bildiriblər ki, küçə fənərləri lazımi keyfiyyətlərə malik deyillər və ona görə işıqlandırma sistemi ilə təchiz edilmiş dronlardan istifadə etməyi təklif ediblər.
Qeyd edilib ki, istifadəçilər şirkət tərəfindən hazırlanmış xüsusi mobil proqramın köməyi ilə şəxsi dron sifariş edə bilər.
Çağırışdan sonra sifariş dronların idarəetməsi üzrə yerli mərkəzlərə göndərilir və operator tapşırığın icrası üçün daha müvafiq pilotsuz uçan aparatı təyin edir.
Dronlar tamamilə avtonom uçurlar və təyinat yerinə çatdıqdan sonra lazımi insanı müstəqil taparaq onun arxasınca hərəkət edirlər.
İstifadəçi işıqlandırma lazım olmadıqda pilotsuz aparatı stansiyaya geri göndərə bilər. Bundan başqa, operatorlar dronu enerji ilə doldurmaq üçün istənilən vaxt bazaya geri qaytara bilərlər. Bu halda gələn yeni dron istifadəçinin hərəkət yolunu işıqlandırmağa davam edəcək.
İstifadə edilən dronlar təxminən 2.5 km-lik idarəetmə diapazonuna malikdir və havada 30 dəqiqədən çox qala bilirlər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri