Previous Next
Bağla

Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

25-12-2015 12:36
Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

Məlumat verdiyimiz kimi, hazırda Pirallahıda yeni Yüksək Texnologiyalar Parkı tikilir.

Xeberler.az tikinti işini dami  diqqətdə saxlayır və bununla bağlı oxuculara ətraflı məlumat verir.

Yüksək Texnologiyalar Parkından Xeberler.az-a verilən məlumata görə, Pirallahı YTP-da  Nümayiş zalının tikintisi yekunlaşıb.

Qeyd edilib ki, artıq Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi başa çatdırılıb, ərazidə layihəyə uyğun inşaat işləri aparılır, Shouroom (Nümayiş zalı) adlı ilk tikilinin inşası isə tamamlanıb.

Yaxın vaxtlarda digər obyektlərin, o cümlədən tədris mərkəzinin, ofis binalarının və İnkubator idarəetmə ofisinin də təməlqoyma mərasimi planlaşdırılır.

Hazırda YTP ərazisindən keçən yol gələcəkdə dəniz kənarına keçiriləcək və bu magistral xətt tamamilə Yüksək Texnologiyalar Parkına məxsus olacaq.

Layihə tam fəaliyyətə başlayandan sonra burada 3 minə yaxın işçi çalışacaq.

Yüksək Texnologiyalar Parkının layihəsinə əsasən tikinti işləri dörd mərhələ üzrə aparılacaq. İlk mərhələdə burada inzibati ofis, təhsil, tədris və kommersiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, startapların ehtiyaclarına görə müasir laboratoriyalar və müəyyən test avadanlıqları da quraşdırılacaq.

Bundan başqa, Pirallahı Yüksək Texnologiyalar Parkının Tədris Mərkəzinin inşası nəzərdə tutulub. Mərkəzinin qurulması başa çatdıqdan sonra xarici ixtisaslaşmış məktəblərdən nümayəndələr dəvət olunacaq, startaplara qısa müddətli kurslar təşkil ediləcək. Hazırda xarici məktəblərlə bu istiqamətdə müvafiq danışıqlar aparılır.

Parkda resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinin hazırlanması kimi vacib layihələrin həyata keçirilməsi planlaşdırılır.

Ərazidə tikinti işlərinin yekunlaşması və parkın istifadəyə verilməsi 5 ilə nəzərdə tutulub.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

04-11-2015

Pirallahı YTP-nın qonşuluğunda daha bir park yaradılır

15-09-2016

Pirallahı YT Parkın inşasına başlanılıb - Reportaj

07-07-2015

Nazir müavini: “Pirallahıda YTP-ın tikintisi davam edir”

07-06-2016

Pirallahı Yüksək Texnologiyalar Parkında 3 minə yaxın işçi çalışacaq

13-07-2015

Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

11-06-2015

Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

12-10-2016

Mingəçevirdə tikiləcək Yüksək Texnologiyalar Parkı üçün hazırlıqlar başlayıb

22-04-2015

Mingəçevir YT Parkının tikintisi yaxın müddətdə başa çatdırılacaq

28-10-2015

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015

İT-texnoparkın fəaliyyəti ilə bağlı qanunverici təşəbbüslər hazırlanıb

23-05-2015

Mingəçevir Texnoparkına rezidentlərin qeydiyyatı başlayır

03-07-2015

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025

Mingəçevirdə yüngül sənaye müəssisələri yaradılacaq

13-07-2016

YTP-nın İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir

16-07-2015

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019

“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

05-06-2023

Kumok Park Yüksək Texnologiyalar Parkını ziyarət edib

08-08-2018

Yüksək Texnologiyalar Parkında yeni təhsil layihələri yaradılır

08-06-2015

Biznes İnkubasiya Mərkəzinə 190 müraciət olub

28-01-2016

Azərbaycanda regional texnopark yaradılacaq

03-11-2016

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

“Startaplara göstərdiyimiz xidmətlərlə öyünməyə çalışırıq”

27-02-2015

Yüksək Texnologiyalar Parkı köçür- Səbəb

12-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə