Previous Next
Bağla

Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

11-06-2015 12:45
Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

Xəbər verdiyimiz kimi, Respublika Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə Pirallahı adasında Yüksək Texnologiyalar Parkı ( YTP) yaradılması nəzərdə tutulub. 

2015-ci ilin əvvəlində Pirallahı Adasında YTP-nın tikintisinə başlanılıb və hazırda üç əsas istiqamətlər üzrə işlər aparılır. Ərazidə tikinti işlərinin yekunlaşması 2016-ci ilin sonlarına nəzərdə tutulub.  

Bu barədə Xeberler.az-a YTP-nin Dövlət qurumları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zamin Nurəhmədov məlumat verib.

Qurum rəsmisi deyib ki, YTP infrastrukturunun qurulması üçü hazırda özəl investorlarların infrastruktur investisiyalarına cəlb etmək məqsədi ilə müəyyən işlər aparılır.

Onun sözlərinə görə, bunun üçün məsləhətçilərlə birgə, illər üzrə müvafiq biznes modellər hazırlanıb. O, bildirib ki, Vençur fondları bazarının yaradılması üçün müvafiq araşdırmalar aparılıb və hazırda bu istiqamətdə işlər davam etdirilib.

Zamin Nurəhmədov qeyd edib ki, YTP-da texnoloji transfer mərkəzinin yaradılması, o cümlədən hardware (kompüter avadanlığı) istehsalı üçün lazimı tədbirlərin görülməsi də planlaşdırılır: “Biz YTP olaraq həm yerli elmi tədqiqatların nəticələri ilə yanaşı, həm də xaricdə olan yeni və yüksək texnologiyaların Azərbaycanda istehsala cəlb edərək, regionda rəqabətədavamlı məhsulların istehsalı üçün müvafiq tədbirlərin görülməsini planlaşdırırıq”.

2012-ci il noyabrın 5-də  Prezident   İlham Əliyev "Yüksək Texnologiyalar Parkı"nın yaradılması haqqında Fərman imzalayıb.  Fərman ölkənin neft iqtisadiyyatını biliklərə əsaslanan iqtisadiyyata çevirmək məqsədilə Azərbaycan 2020: Gələcəyə Baxış çərçivəsində imzalanıb. İKT üçün davamlı inkişaf və rəqabətli mühitin yaradılması məqsədi daşıyan Yüksək Texnologiyalar Parkı Gələcəyə Baxış Konsepsiyasının təməl layihəsidir. YTP tamamilə Azərbaycan Hökumətinə məxsus və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən şirkətdir. Yüksək Texnologiyalar Parkının istifadəsi üçün Pirallahı Adasında 50 hektar ərazi ayrılıb.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

04-11-2015

Nazir müavini: “Pirallahıda YTP-ın tikintisi davam edir”

07-06-2016

Pirallahı YTP-nın qonşuluğunda daha bir park yaradılır

15-09-2016

Yüksək Texnologiyalar Parkında yeni təhsil layihələri yaradılır

08-06-2015

Pirallahı YTP-da Nümayiş zalının tikintisi yekunlaşıb

25-12-2015

Pirallahı Yüksək Texnologiyalar Parkında 3 minə yaxın işçi çalışacaq

13-07-2015

RYTN-də yeni təyinat olub

14-07-2016

Texno Parkın Ekspertlər Şurasının üzvləri müəyyən olunur

10-06-2015

Pirallahı YT Parkın inşasına başlanılıb - Reportaj

07-07-2015

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022

Yüksək Texnologiyalar Parkı köçür- Səbəb

12-05-2017

Azərbaycanda regional texnopark yaradılacaq

03-11-2016

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025

YTP-də yeni təyinatlar olub

15-01-2020

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019

Hazırda “Yüksək Texnologiyalar Parkı”nın formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır

14-06-2013

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

YTP-nin Elm və Təhsil Nazirliyinə verilməsi işləri fevralda yekunlaşacaq

06-02-2023

YTP rezidentlərin sayını artıracaq

06-01-2021

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022

Mingəçevir İnkubatoruna müraciət edən gənclərlə görüş keçirilib

12-10-2016

ETN-nin Yüksək Texnologiyalar Parkı SABAH.HUB-a veriləcəkmi ?

09-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə