Previous Next
Bağla

Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb

26-11-2020 18:05
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb

Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən daha 3 şirkət İnnovasiyalar Agentliyinin Pirallahı Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alınıb.

Xeberler.az-ın məlumatıına görə, agentlikdən bildirilib ki, “ITICKET” MMC-nin “iTicket” layihəsinə, “NN GROUP” MMC-nin “Ağıllı avtobus” layihəsinə və “LOF STUDIOS” MMC-nin bir neçə layihəsinə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli tərəfindən qeydiyyat şəhadətnaməsi təqdim olunub. Yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə rezidentlər istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda texnologiya parklarının rezidentləri – texnologiya parklarının qeydiyyat şəhadətnaməsini almış və orada fəaliyyət göstərən sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulub. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddır.

T.Kərimli Azərbaycanda ilk vençur fondu olan “Boğaziçi Ventures”un açılışından sonra Türkiyə ilə əməkdaşlıq imkanlarının artırıldığını bildirib və qardaş ölkə ilə Qarabağda müştərək texnoparkın yaradılması planlarından bəhs etdi.

“ITICKET” MMC-nin “iTicket” layihəsi beynəlxalq standartlara uyğun olaraq hazırlanmış və süni intellektə (Al) əsaslanan platformadır. Konsert, teatr, idman, əyləncə və bir çox digər tədbirlərə bilet satışını reallaşdıran layihənin məqsədi Azərbaycan markası olan süni intellekt (Al) məhsulunu beynəlxalq bazara təqdim etmək və bazar payını artırmaqdır.

“NN GROUP” MMC-nin “Ağıllı avtobus” layihəsi günəş və külək enerjisi ilə şarj olunan yeni nəsil avtobusdur. Avtobus eko-texnologiyalar ilə təchiz olunub və ekoloji cəhətdən tamamilə təmizdir. Layihənin məqsədi Azərbaycanda “Yaşıl” sənayeni inkişaf etdirmək, eyni zamanda, “yaşıl” sənaye üzrə yerli mütəxəssislər yetişdirməkdir. Layihə, həmçinin “Made in Azerbaijan” brendini dünya bazarında yeni istiqamətdə tanıtmağı hədəfləyir.

“LOF Studios” (Land Of Fire Studios) Azərbaycanda və qonşu regionlarda video oyunlar, mobil tətbiqlər, kinematoqrafiya kimi yüksək texnologiyalı rəqəmsal məhsulların hazırlanması və onların A-dan Z-yə qədər marketinq, nəşr və satışını həyata keçirən ilk çoxfunksiyalı studiyadır. Studiyanın 4 növ layihəsi mövcuddur: “Project BOB” – kütləvi çox oyunçuluq, “VICON Motion Capture Systems” – hərəkətin ələ keçirilməsi sistemi, “ƏMƏK” Əhalinin Məşğuliyyət Klubu – işsizliyin aradan qaldırılması üçün “uberizasiya” prinsipi ilə təşkili üzrə mobil tətbiq və “MEDYBOT” tibbi bot – bütün tibb müəssisələrinin, həkimlərin və göstərdikləri bütün xidmətlərin onlayn sifarişi və təşkili. Layihələrin əsas məqsədi işsizliyin qarşısını almaq, mobil tətbiq və video oyun sənayesini inkişaf etdirmək, bacarıqlı gənclərin bu sahədə inkişaf etməsinə dəstək göstərməkdir.

Beləliklə Pirallahı Yüksək Texnologiyalar Parkında rezidentlərin sayı 7-yə çatıb. Pirallahı Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli Fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə yaradılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 2 şirkət Yüksək Texnologiyalar Parklarına rezidentliyə qəbul olunub

22-02-2021

Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentləri seçilib

13-07-2020

“Adviad” Pirallahı Yüksək Texnologiyalar Parkının yeni rezidenti olub

05-06-2023

“GoldenPay” ASC-nin layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib

03-03-2021

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

08-11-2016

AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından 5 il ötür

08-11-2021

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

03-12-2020

Mingəçevir İnkubator Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb

20-06-2015

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018

Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

11-06-2015

Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

07-11-2020

Yüksək Texnologiyalar Parkının yeni loqsu təqdim olundu-Foto

24-11-2016

Mingəçevirdə tikiləcək Yüksək Texnologiyalar Parkı üçün hazırlıqlar başlayıb

22-04-2015

Hazırda “Yüksək Texnologiyalar Parkı”nın formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır

14-06-2013

YTP rezidentlərin sayını artıracaq

06-01-2021

İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

18-06-2021

Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

26-10-2015

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

04-07-2022

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiqlənib

23-02-2019

Azərbaycanda ilk dəfə pulsuz vayfayı olan dayanacaq quraşdırılıb

23-07-2020

Pirallahı YTP-da ofis sahələrinin tikintisinə başlanacaq

04-11-2015

İnnovasiyalar Agentliyinə sədr təyin olunub

08-08-2019

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə