"Poçt haqqında" qanuna dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında muzakirə olunaraq təsdiq edilib.
Xeberler.az-ın məlumatına görə, qanuna xüsusi poçt rabitəsi ilə bağlı yeni maddə əlavə edilib və bu rabitə növünün əhatə dairəsi dəqiqləşdirilib.
Həmin maddə ilə həmçinin xüsusi təyinatlı poçt rabitəsinin bir növü olan xüsusi poçt rabitəsi xidmətinin vəzifələri, fəaliyyət sahəsi, bu xidmətin göstərilməsi ilə bağlı olan digər məsələlər tənzimlənir.
Qanun layihəsində deyilir ki, xüsusi poçt rabitəsi xidməti "Dövlət sirri haqqında" qanunla qorunan məlumatların, qiymətli metallların, qiymətli daşların, zərgərlik məkumatlarının, qiymətli kağızlarım və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasısını və ünvan sahiblərinə çatdırılmasının həyata keçirir.
Bu xidmətin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Xüsusi poçt rabitəsi xidmətinin tənzimlənməsi bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dövlət sirri təşkil edən məlumatların və qiymətli əşyaların olduğu poçt göndərişlərinin daha etibarlı daşınmasını və ünvan sahiblərinə çatdırılmasını təmin edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri