Previous Next
Bağla

Poçt rabitəsi operatorları və “Temu” nümayəndələri ilə görüş keçirilib

16-09-2025 11:53
Poçt rabitəsi operatorları və “Temu” nümayəndələri ilə görüş keçirilib

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) poçt rabitəsi xidmətlərinin göstərilməsi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə poçt rabitəsi operatorları ilə müzakirələr aparılıb.

Xeberler.az bildirir ki, müzakirə zamanı vətəndaşlardan daxil olan şikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarının qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamaları təhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədə mövcud çətinliklər müzakirə olunub. Sözügedən problemlərin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqları çətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsi operatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvil verilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa, lisenziyaların dayandırılması və ya ləğvi haqda məsələ qaldırılacaq.

Məsələ ilə bağlı “Temu” elektron ticarət platformasının məsul nümayəndələri ilə də müzakirələr aparılıb. Danışıqlar zamanı poçt rabitəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri “Temu” təmsilçilərinin diqqətinə çatdırılıb. Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və problemlər yaranan zaman onların qısa müddətdə aradan qaldırılması üçün İKTA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Əlavə olaraq qeyd olunub ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş məlumat əsasında sürətli poçt xidməti fəaliyyət növü üzrə verilmiş lisenziyaların siyahısı Agentliyin veb-saytında dərc olunur və “Temu” əməkdaşlıq etdiyi poçt rabitəsi operatorlarının lisenziya məlumatlarını bu siyahı ilə dəqiqləşdirə bilər.

Aparılan müzakirələrin nəticəsi olaraq 217 obyekt haqqında məlumat “Temu” elektron ticarət platformasından yığışdırılıb. Həmçinin gələcəkdə analoji problemlərin qarşısının vaxtında alınması və vətəndaş müraciətlərinin effektiv cavablandırılması məqsədilə İKTA və “Temu” arasında qarşılıqlı işbirliyinə dair razılıq əldə edilib.

Qeyd edək ki, bu yanaşma həm sahənin sağlam inkişafına, həm də vətəndaşların daha etibarlı və keyfiyyətli poçt rabitəsi xidmətləri ilə təmin olunmasına xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025

“Zamex” MMC ilə xidmət keyfiyyətinə dair müzakirə aparılıb

04-09-2025

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

“Azərpoçt” və “Temu” əməkdaşlığa başlayıb

07-10-2025

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

Liviyada telefon rabitəsi kəsilib

22-02-2011

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

DGK sədri “Temu” platforması ilə bağlı məsələyə aydınlıq gətirib

29-04-2026

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026

RİNN-ə poçt rabitəsi xidmətlərinin tariflərini təsdiqləmək səlahiyyəti verilir

24-10-2023

İKTA poçt göndərişləri ilə bağlı xəbərdarlıq edib

30-04-2026

RİNN-ə poçt rabitəsi xidmətlərinin tariflərini təsdiqləmək səlahiyyəti verilir

06-10-2023

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

“Poçt haqqında” qanuna dəyişikliklər edilib

20-10-2017

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

18-09-2025

“Temu” istifadəçilərinin nəzərinə! - Məlumatlarınız oğurlana bilər

22-09-2024

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

Dövlət Xidmətində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri ilə görüş keçirilib

24-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə