Previous Next
Bağla

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025 10:35
İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib.

Xeberler.az bildirir ki, daxil olan vətəndaş müraciətlərində bildirilir ki, son zamanlar Türkiyə və Çindən istifadəçinin ünvanına çatdırılma həyata keçirən poçt rabitəsi operatorları daşıma şərtlərini pozaraq istifadəçilərdən poçt göndərişlərini poçt obyektindən təhvil almalarını təklif edirlər. Bu təkliflər ya SMS şəklində, ya da birbaşa zəng şəklində edilir.

Müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və onlarla qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılaraq, nöqsanların qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, daşıma şərtlərinə zidd SMS-lərin göndərilməsi dayandırılmalıdır. Qeyd olunub ki, müştəri onlayn alış-veriş zamanı evə çatdırılma seçərək ödəniş etdiyi halda poçt operatorunun evə çatdırılmanı müxtəlif vasitələrlə əngəlləməsi yolverilməzdir və bu, operatorun əlavə qazanc əldə etməsinə şərait yaratmaqla məsuliyyət yaradan hal hesab edilə bilər.

Görüşdə, həmçinin qeyd edilib ki, bir sıra sürətli poçt xidməti göstərən şirkətlərin əməkdaşları çatdırılma zamanı eyniləşdirmə üçün müştərinin şəxsiyyət vəsiqəsindən başqa, digər sənədlər də tələb edirlər. Poçt rabitəsi operatoru yalnız şəxsiyyət
vəsiqəsinə vizual baxış keçirməklə bağlamanı təhvil alan şəxslə sifarişçinin eyni şəxs olmasını yoxlaya bilər.

İKTA bəyan edir ki, poçt rabitəsi operatorları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl etməlidirlər. Eyni zamanda vətəndaşlar sürətli poçt rabitəsi xidmətlərindən istifadə etməzdən əvvəl istifadəçisi olduğu poçt rabitəsi
operatorunun lisenziyasının olub-olmamasına diqqət yetirməlidirlər. Həmçinin xidmətindən narazı qaldıqları poçt rabitəsi operatorları ilə bağlı İKTA-nın “E-Şikayət” sisteminə müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar onlayn qaydada https://e- complaint.icta.az saytına daxil olmaqla, yaxud “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “ Google play ”dən və “APP store”dan “E-Şikayət”in mobil tətbiqini yükləməklə şikayətlərini ilk olaraq xidmətindən istifadə etdikləri poçt rabitəsi operatoruna və tənzimləyici quruma yönəldə bilərlər.

Qeyd edək ki, sürətli poçt xidməti üzrə lisenziyası olan poçt rabitəsi operatorlarının dinamik siyahısı İKTA-nın rəsmi saytında yerləşdirilib. Bu günə olan məlumata əsasən, 262 poçt rabitəsi operatorunun aktiv olan ümumi 934 lisenziyası (lisenziya əlavəsi) mövcuddur.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

Poçt rabitəsi operatorları və “Temu” nümayəndələri ilə görüş keçirilib

16-09-2025

“Zamex” MMC ilə xidmət keyfiyyətinə dair müzakirə aparılıb

04-09-2025

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

Qanunsuz poçt xidmətləri ilə bağlı xəbərdarlıq edilib

16-01-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA poçt göndərişləri ilə bağlı xəbərdarlıq edib

30-04-2026

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA nümayəndəsi ÜPİ-nin Poçt Əməliyyatları Şurasının iclasında iştirak edib

25-02-2025

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə