Previous Next
Bağla

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025 14:05
İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ilin poçt xidmətlərinə yüksək tələb dövründə qabaqlayıcı tədbir olaraq xidmət keyfiyyətini qorumaq və təkmilləşdirmək istiqamətində poçt rabitəsi operatorları ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, tədbiri giriş sözü ilə açan İKTA-nın İstehlakçı hüquqları şöbəsinin rəhbəri Sarvan Cəbrayılzadə bildirib ki, görüşün əsas məqsədi xidmət keyfiyyətinin və istehlakçı məmnuniyyətinin artırılması istiqamətində atılan və atılacaq addımların müzakirə edilməsidir.

Qeyd edilib ki, sifarişlərin gecikdirilməsi, itirilməsi və ya səhv ünvana çatdırılması, həmçinin çəki və qiymət fərqinin yaranması, eyni zamanda müştəri xidmətləri mərkəzlərinin fəaliyyətinin zəif olması ilə bağlı vətəndaşlar tərəfindən tənzimləyici quruma şikayətlər daxil olur.

Eyni zamanda nəzərə çatdırılıb ki, intensiv alış-veriş dövrlərində sifarişlərin sürətli və vaxtında çatdırılması üçün poçt rabitəsi operatorları mövcud resurslarına diqqət yetirməli və baş verə biləcək gecikmə hallarının qarşısını almaq üçün səfərbər olunmalıdır.

Həmçinin qarşıya çıxan çətinliklərin birgə aradan qaldırılması və istehlakçı məmnuniyyətinin artırılması üçün maarifləndirici addımların genişləndirilməsinin və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, İKTA istehlakçı məlumatlandırması prosesini davam etdirəcək və poçt rabitəsi operatorlarına ən çox şikayət edilən mövzularda audiovizual materialların hazırlanması üçün metodiki dəstək verəcək. Poçt rabitəsi operatorlarının nümayəndələri gecikmələrin əsasən bəzi vaxtlarda bağlama sayının çox olması, təyyarə reyslərinin gecikməsi və bu kimi başqa məsələlərlə bağlı olduğunu bildiriblər. Qeyd edilib ki, elektron izləmə xidmətinin olmasına baxmayaraq bəzən müştərilərin eyni məsələ ilə bağlı çağrı mərkəzlərinə dəfələrlə müraciət etməsi halları yaşanır, bu isə növbələrin yaranmasına və xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ümumilikdə şifahi müraciətlərin 24 saat, yazılı müraciətlərin isə xüsusi araşdırma tələb edilərsə, 2 həftə ərzində cavablandırıldığı qeyd edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Zamex” MMC ilə xidmət keyfiyyətinə dair müzakirə aparılıb

04-09-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025

Poçt rabitəsi operatorları və “Temu” nümayəndələri ilə görüş keçirilib

16-09-2025

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

Qanunsuz poçt xidmətləri ilə bağlı xəbərdarlıq edilib

16-01-2024

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş olub

30-09-2023

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025

İKTA: İnternet provayderlərin rəsmi saytları olmalıdır

02-04-2026

İKTA telekommunikasiya operatorları və provayderləri ilə görüşüb

28-11-2025

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə