Previous Next
Bağla

Əmlak Məsələləri Dövlət Komitəsində virtual qəbul təşkil olunub

09-10-2019 14:07
Əmlak Məsələləri Dövlət Komitəsində virtual qəbul təşkil olunub

Hər bir vətəndaş müraciətinə qayğı və həssaslıqla yanaşılmasını fəaliyyətində əsas tutan Əmlak Məsələləri Dövlət Komitəsi innovativ imkanları cəlb etməklə prosesi müasir formada təqdim edir. Belə ki, komitə tərəfindən virtual qəbulların təşkili insan amilinin gücləndirilməsinə, komitə rəhbərliyinin regionlardakı vətəndaşlarla birbaşa ünsiyyətinə və müraciətlərinin dinlənilməsinə imkan verir. Onlayn qəbullar ilə vətəndaşlar komitəyə gəlmədən, uzaq məsafə qət etmədən müraciətlərini operativ formada rəhbərliyə ünvanlayırlar.

Xeberler.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsində növbəti virtual vətəndaş qəbulu 09 oktyabr tarixində keçirilib. Komitənin sədr müavini Rüstəm Şahbazov tərəfindən keçirilən qəbulda Abşeron və Şirvan rayonlarında olan vətəndaşların hər bir müraciəti müvafiq ərazi idarəsindən onlayn bağlantı əsasında qəbul edilmişdir. Kollegial formada keçən qəbulda komitə ilə yanaşı, ərazi şöbələrinin nümayəndələri də iştirak etmişdir. Müraciətlərdən bəziləri elə virtual qəbulda öz müsbət həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı sədr müavini yerli qurum nümayəndələrinə yerindəcə müəyyən tapşırıqlar verib.

Onlayn qəbul zamanı səsləndirilən müraciətlər, əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlaklarının özəlləşdirilməsi, torpaqların kadastr uçotuna alınması, o cümlədən dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı olub.

Vətəndaş məmnunluğu və rahatlığına yönəlmiş virtual qəbullar Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən müxtəlif bölgələr üzrə mütəmadi olaraq keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ƏMDK-in sədr müavini Tərtərdə vətəndaşları qəbul edəcək

ƏMDK-in sədr müavini Tərtərdə vətəndaşları qəbul edəcək

11-09-2019
Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

28-03-2019
Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məlumat verilib

Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məlumat verilib

11-12-2015
Bakının elektron kadastr məlumat bazası yaradılıb

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015
Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019
Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı onlayn iclas keçirilib

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı onlayn iclas keçirilib

20-10-2023
Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019
Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014
193 Çağrı Mərkəzi fəaliyyətini davam edir

193 Çağrı Mərkəzi fəaliyyətini davam edir

05-07-2018
ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

18-03-2014
Komitənin rəsmi saytı yeniləndi

Komitənin rəsmi saytı yeniləndi

11-01-2018
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019
Komitə 500 mindən çox e-xidmət göstərib

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017
Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019
Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

20-06-2017
Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

01-10-2015
Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019
Vətəndaşlar kadastrla bağlı xidmət haqqını və dövlət rüsumunu Kadastr kalkulyatoru ilə öyrənə bilər

Vətəndaşlar kadastrla bağlı xidmət haqqını və dövlət rüsumunu Kadastr kalkulyatoru ilə öyrənə bilər

30-01-2019
Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

24-07-2017
Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

07-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə