Previous Next
Bağla
REKLAM YERİ

Problemli kreditlərlə bağlı güzəştlər kimlərə və necə veriləcək?

01-03-2019 10:02
Problemli kreditlərlə bağlı güzəştlər kimlərə və necə veriləcək?

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. İqtisadçı-ekspert Rövşən Ağayev həmin fərmanı şərh edib.

Xeberler.az  bildirir ki, Finans.az-ın məlumatına görə, ekspert problemli kreditlərin həlli ilə bağlı qərarın əsas məqamları ardıcıllıqla qeyd edib. Həmin məqamlara nəzər salaq:

  1. Güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub;
  2. Güzəşt yalnız 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq;
  3. Güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq.
  4. Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür.
  5. Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir.
  6. 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödənilir;
  7. 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən
  8. ödənilir.
  9. Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırlır.
  10. Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənir;
  11. Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.5%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Problemli kreditlərin həlli üzrə yeni elektron resurs hazırlanıb

09-03-2019

Prezidentin köməkçisi : Kreditə görə kompensasiyalar karta oturacaq

01-03-2019

Azərpoçt bu xidmətləri ödənişsiz həyata keçirəcək

05-04-2019

Dövlət büdcəsi üçün ağır yük olan müəssisələr

02-11-2017

Problemli kreditlərin həlli ilə bağlı yeni xidmət istifadəyə verilib

28-03-2019

Azərkosmosun gəlirləri 34 faiz artıb

17-09-2018

Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri informasiya sistemlərini bir-birinə inteqrasiya edəcək

05-03-2026

Azərkosmosun nizamnamə kapitalı kəskin artırılacaq

24-10-2018

Ekspert : Azercell Telekom-un bu addımı doğru addım deyil

15-01-2019

Dövlət televiziyasına İctimai televiziyadan üç dəfə çox vəsait ayrılıb

13-11-2009

Nazirliyin gələn il üçün xərci açıqlanıb

08-12-2015

10 min dollarlıq malın gömrük rüsumsuz ölkəyə gətirilməsi ləğv olundu

13-01-2016

Azərpoçt-da dövlət büdcəsindən gizlədilən vəsait aşkarlanıb

08-04-2016

Rabitə xidmətlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği bəlli olub

22-12-2015

İlham Əliyev vergi amnistisiyası haqqında qanunu təsdiq edib

13-01-2017

9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

19-11-2025

Naxçıvanda informasiya və rabitə xidmətlərinin həcmi 40 milyonu ötüb

19-11-2015

Banklar İT xərcləri artırır

01-05-2015

Kredit kart əməliyyatlarının sayı artıb

24-05-2012

Yelo Bank-dan illik cəmi 5 faizlik kreditlə biznes dəstəyi

26-08-2022

Mobil telefonlara görə rüsum ödənilməsi qüvvəyə minib

20-09-2018

Hesablama Palatası Fondun 2016-2017-ci illərdəki fəaliyyətini audit edib

19-10-2018

Instagram və Facebook vasitəsilə xidmətlər göstərəndə vergi ödəməlidir?

01-03-2023

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

03-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə