Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradıldı

21-12-2010 / 09:03

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradılmışdı. Qrupun yaradılmasında məqsəd virtual məkanda aktiv olan insanları bir araya gətirmək, onların virtual həyatdan çıxıb real həyatda müzakirələr aparmasına nail olmaqdır.

Dünən Azərbaycan İnsan Hüquqları Evində Demokratiya Hərəkatının ilk görüşü baş tutub. Görüşə 50-dən çox insan qatılmışdı. Onlar bir-birini əsasən virtual həyatdan tanıyan, cəmiyyətin müxtəlif sosial qruplarından olan insanlar idi. Yeri gəlmişkən, görüşdə say baxımından üstünlük gənclərin tərəfində idi.
Bizə açıqlamasında Qənimət Zahid bildirdi ki, sözügedən qrup bir aydan artıqdır yaradılıb. Onun sözlərinə görə, məqsəd facebook sosial şəbəkəsində aktiv olan, amma partiyasız olan zümrənin bu quruma qatılmasından ibarətdir. Müsahibimiz həmçinin dedi ki, məqsəd virtual həyatda fəal olanların real həyada aktivlik dərəcəsini yoxlamaq üçün keçirilən eksperiment idi: “Çox yaxşı nəticə verdi. Bu qurumun media ilə də bağlılığı olacaq. Belə ki, bu hərəkatın tərkibində jurnalist qurumları, hüquq müdafiə qurumlarının olması labüddür. Qrupda sosial baxımdan fəal insanların olmasını istəyirik. İlkin tanışlıq idi. Real həyatda bir-birini tanımayan insanları bir araya gətirdik”.
Müsahibimiz xatırlatdı ki, tədbir iştirakçıları Demokratiya Hərəkatının yaranmasının əhəmiyyətindən danışıb. Daha sonra hərəkata qoşulanlar çıxışlar edib. Onlar müxtəlif təkliflər irəli sürüblər. Bəziləri hərəkatın adının dəyişdirilməsini, digərləri isə hərəkatın rayonları da əhatə etməsi fikrini səsləndirib. İrəli sürülən təkliflər əsasında müzakirələr aparıldı.
Q.Zahid növbəti toplantının yanvarın 8-də keçiriləcəyini vurğuladı.///musavat.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə