Previous Next
Bağla

Ekspert: “Ölkəmizdə peşəkar mühəndislərə ehtiyac artır”

11-12-2017 16:29
Ekspert: “Ölkəmizdə peşəkar mühəndislərə ehtiyac artır”

“İxtisas seçimi edən tələbə əksər hallarda məlumatsız halda seçimə gedir. Universitetlərdə mövcud olan, eləcə də daha çox tələbat olan ixtisaslar barədə məlumatsız olur. Yeni peşələr, istiqamətlər barədə məktəblilər ardıcıl olaraq məlumatlandırılmalıdır. Bu işdə universitetlərin də üzərinə müəyyən məsuliyyət düşür”.

Bu sözləri Xeberler.az-a açıqlamasında karyera məsələləri üzrə ekspert, “Karyera bələdçisi” kitabının müəllifi Eyvaz Qocayev deyib.

Mütəxəssis bildirib ki, elə ixtisaslar var ki, məktəbli heç onların adlarını da eşitməyib, hansı ki, real iqtisadiyyat bu peşənin mütəxəssislərini tələb edir:

“Məsələn, gəlin sorğu keçirək, görək, neçə məktəbli Yer quruluşu, torpaq və şəhər kadastrı və ya Təkrar emal və bərpa texnologiyaları ixtisası barədə nəsə eşidib. Yeni mühəndislik sahələri müasir dünyanın çağırışıdır. Ölkəmizdə də iqtisadiyyat inkişaf etdikcə, xüsusilə qeyri-neft sektoru – sənaye və texnologiya inkişaf etdikcə mühəndislik sahələrinin peşəkarlarına ehtiyac artır”.

E.Qocayev bildirir ki, universitetlər bu istiqamətlər üzrə ixtisasları məktəblilərə tanıtmalı və onlarda maraq yaratmalıdır:

“Bunun üçün “Açıq qapı” günləri keçirilməlidir. Şagird öz gözü ilə görməlidir hər şeyi. Çox az universitet bunu tətbiq edir. Bu tədris ilində ADA Universiteti və Qərbi Kaspi Universitetinin (əvvəlki Qərb Universiteti – red.) “Açıq qapı”ları barədə xəbərlərə rast gəlmişəm. Bu universitetlərə yaxşı maddi-texniki bazaya malikdir. Şagirdin gəlib bu bazanı görməsi onda maraq yaradır. Qərbi Kaspi Universiteti bu tədris ilindən etibarən mühəndislik sahələri üzrə kadr hazırlığı aparır, bildiyim qədəri ilə yaxşı baza formalaşdırıblar, indi də texnopark qururlar. Bu xətti davam etdirmək lazımdır. Kitab oxumaqla, nəzəriyyəni əzbərləməklə mühəndis yetişməz, mühəndis işin içində bişməlidir, praktik bacarıqlara yiyələnməlidir. Yaxşı ənənələri olan digər  universitetlərimiz də doğru peşə seçimində şagirdlərə dəstək verməlidir”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

06-03-2018

Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

17-11-2018

Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14-07-2018

“Ölkəmiz İKT sahəsində Azərbaycanla əməkdaşlıq edir”

18-04-2018

Ekspert: “Bu universitetdə peşəkar mühəndislər hazırlana bilər”

23-01-2018

Qərb Universiteti İT kadrlar axtarır

02-11-2017

Qərbi Kaspi Universiteti Makers’ Day 2018-ə dəvət edir

12-11-2018

Robototexnika olimpiadasının qalibləri-Foto

04-03-2018

Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

03-05-2018

Qərb Universitetində riyaziyyat müəllimlərinin forumu

14-05-2018

Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

04-04-2018

Məktəblilər üçün robototexnika təlimləri başladı

20-04-2018

Qərbi Kaspi Universitetinin Texnoparkında hansı layihələr işləyir?

01-05-2018

Məktəblilər arasında robototexnika olimpiadası başlayır

29-12-2017

Dünya Meteorologiya Təşkilatının baş katibi Qərb Universitetində

27-04-2018

Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018

Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

12-03-2018

Rektor yeni memorandumu şərh etdi

17-12-2017

Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

09-04-2018

Məktəblilərin robotları döyüşəcək – Bu şənbə

28-02-2018

Startap Günlərinə hazırlıqlarla bağlı görüş keçirilib

19-02-2018

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

“Sənayenin tələb etdiyi qaydalara uyğun mühəndis hazırlayırıq”-Müsahibə

25-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə