Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qarşı tərəflərin müraciətləri əsasında Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov və Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayala ilə görüşüb.
Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Qırğız səfiri “ASAN xidmət” modelinin fəaliyyətinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin ölkəsində tətbiqində maraqlı olduğunu qeyd edib.
Eyni zamanda, qarşı tərəf kiçik və orta ailə bizneslərinin inkişafına yönəlmiş “ABAD” təcrübəsinin öyrənilməsinin də vacibliyini vurğulayıb.
Kolumbiya səfiri ilə görüş zamanı bu ilin fevral ayında Dubay şəhərində keçirilmiş Dünya Hökumətlər Sammitində Dövlət Agentliyi ilə Kolumbiyanın müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumu arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub. Səfir öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin Kolumbiyada tətbiqi istiqamətində həyata keçirilən əməkdaşlığın sürətləndirilməsi üçün dəstəyə hazır olduğunu qeyd edib.
Qonaqlar “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları