Venesuela səfiri “ASAN xidmət”də olub

16-04-2025 / 12:27

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.

Xeberler.az bildirir ki, bu barədə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş zamanı qonağa həmçinin sosial innovasiyalar sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 85 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

Səfir “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və bu təcrübənin Venesuela tərəfi ilə paylaşılması üçün əməkdaşlıq niyyətində olduqlarını bildirib.

Qonaq “ASAN xidmət” mərkəzinin, Səyyar ASAN xidmətin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə