Qırğızıstanın yeni prezidentinin andiçməsi “Azerspace-1”dən yayımlanıb

30-01-2021 / 14:38

Yanvarın 28-də Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarovun andiçmə mərasimi “Azerspace-1” peyki vasitəsilə yayımlanıb.

Xeberler.az bildirir ki, bu barədə "Azərkosmos" ASC-dən bildirilib.

Məlumata görə, Bişkek şəhərində keçirilən andiçmə mərasimi Qırğızıstanın İctimai televiziyası KTRK kanalı üzərindən Mərkəzi Asiya regionunda canlı olaraq nümayiş olunub.

KTRK kanalı artıq 2015-ci ildən bəri “Azerspace-1” peykinin resurslarından istifadə edir.

Qırğızıstanın İctimai Televiziya korporasiyasına 6 televiziya və 5 radio kanalları daxildir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə