Previous Next
Bağla

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015 18:39
16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

Bir daha əsas backbone provayderimiz olan Delta Telecom-da baş verən və Azərbaycan İnternetini bir müddət sıradan çıxaran, informasiya təhlükəsizliyimiz üçün ciddi təhlükə yaradan yanğının səbəblərinə diqqət çəkmək istərdik.

Bir müddət öncə biz Azərbaycan İnternet Forumu olaraq, elə mən özüm də xeyli saytda media qurumlarında və TV-də baş verən hadisəyə münasibətimizi bildirmişik . Bu yazıda isə sadəcə nə baş verməsi və nə üçn baş verməsi üzərində bir daha dayanmaq istərdik.

Hamı səbəblər haqqında rəsmi açıqlamanı gözləyir. Elə biz də. Düşünürəm ki, artıq ilkin rəyin hazırlanması üçün ötən müddət yetərli ola bilərdi. Hamını bu suallar düşündürür, yanğın, tüstülənmə nə üçün baş verib və alternativlər olubmu, olubsa niyə işləməyib?

Əlbəttə texnologiyanın sıradan çıxması olan bir hadisədir və bütün dünyada da bu tip hadisələr olur. Sadəcə cəmiyyəti daha çox düşündürən nə üçün baş verməsi və fəsadları ilə bağlıdır.

Müxtəlif versiyalar üzərində dayanmaq olar. Texniki qəza, yüklənmə, elektriklə bağlı və s. Gümanlardan daha birisinin üzərində dayanmaq istərdim.  

Biz AİF-də WhatsApp zənglərinə qoyulan qadağanı müzakirə edəndə  məlum oldu ki, bu qadağa MTN tərəfindən Telekommunikasiya haqqında Qanunun 39-cu madddəsinə uyğun olaraq ölkədə qurulan dinləmə və izləmə ilə bağlı nəhəng telekommunikasiya sistemi ilə əlaqəlidir. Yəni WhatsApp-ın zəng qadağası mobil operator və Delta Telecom-luq deyildi, sadəcə MTN-ə məxsus bu sistemdə WhatsApp trafikinə blok qoyulmuşdu.

Bütün ölkələrdə əməliyyat-axtarış tədbirləri məqsədilə yaradılan və bizdə də qurulan  bu tip alternativ telekommunikasiya sisteminin avadanlıqlarının, serverlərinin bütün provayderlərdə olduğu,  bu sistemin MTN-ə məxsus əsas DATA Mərkəzinin isə Delta Telecom-da yerləşdiyi bildirilirdi. Güman ki, idarəetməsi də MTN-də olub.

Onda sual oluna bilər ki, Delta Telecom-da baş verən yanğın konkret harada olub, Delta Telecom-un sistemində baş verib,  yoxsa  məhz MTN -in buradakı sistemində baş verib? Kimlərin bura girişi olub ? Bu sistem nə dərəcədə standartlara cavab verib ? Bunun alternativi olubmu? Bu sistemi hansı şirkət qurub, kim  qurub, lap elə qanuna uyğun olaraq qurulubsa, görəsən mövcud təhlükəsizlik standartlarına cavab veribmi ?

Delta Telecom həmişə elan edib ki, onun bütün sistemlərinin, giriş-çıxışının alternativi var. Varsa onda niyə alternativ işə düşməyib ? Məlum idi ki, Deltanın bir-iki sərhəd regionlarında da alternativləri var, bəs onda niyə regionlarda da internet kəsildi? Bu nəhənglikdə Delta Telecom, global dünyanın 4 - 5 yerindən, on min kilometrlerlə məsafədən ölkəyə İnternet gətirən 15 ilin şirkəti ən azı regionlardakı mərkəzləri ilə internet verə bilərdi axı, ən azı az  həcmdə olsa da qısa müddətdə ölkədə internet təminatı yarada bilərdi axı. Bunlarsa baş verməyib. Şübhələnmək üçün əsaslar var ki, əslində orada tam başqa proseslər olub. 

Bəlkə yanğın məhz Delta Telecom-dakı MTN-ə məxsus sistemdə və avadanlıqlarda, enerji təchizatında, bütün ölkənin 200 Gb/s sürətində informasiya trafikinə nəzarət edən MTN-ə məxsus serverlərdə olub və həmin sistemi sıradan çıxarıb ? Əgər belədirsə onda hər şey aydındır, çünki mövcud qanunvericiliyə görə internet  ölkəyə Delta Telcom-un Data Mərkəzindən keçəndən sonra  məhz bu nöqtədən paylanmalıdır, deməli problem burada ola bilərdi, əgər bu sistemin alternativi olmayıbsa, təbii ki bərpa prosesi də uzun çəkə bilərdi. 

Həm də düşünürük ki, əgər bu versiya doğrudursa onda bu artıq  təhqiqat qrupuna da, RYTN -a da və digər əlaqəli qurumlara da məlumdur. Amma nə üçün açıqlamırlar, anlaşılan deyil.

Eyni zamanda düşünürəm ki həqiqətən də əgər belədirsə, yəni bu, MTN-in məlum sistemi ilə bağlıdırsa  onda digər operatorlarda, mobil operatorlarda, provayderlərdə olan MTN-ə məxsus bu tip sistemləri də monitorinq etmək doğru olardı.

Ümumiyyətlə telekommunikasiya sektorundakı bu dinləmə və izləmə sisteminin söykəndiyi təhlükəsziliklə və əməliyyat-axtarışla bağlı  qanunvericiliyi tamamilə yenidən işləmək doğru olardı. Artıq digər ekspertlərimiz də bununla bağlı narahatlıqlarını bildiriblər.

Əlbəttə yanğınla bağlı yuxarıda sadalananlar gümanlardır.
Bildiyimiz kimi Baş prokurorluq hazırda problemlə bağlı təhqiqat aparır. Təhqiqat qrupunun açıqlamasının gecikdirilməsi də şübhələr üçün əsaslar yaradır.

Cəmiyyət, ictimaiyyət doğurdan bilmək istəyir ki, əslində nə baş verib ? Sabah da bu təkrarlana bilərmi ?

Düşünürəm ki, kifayət qədər ictimai əhəmiyyət kəsb edən, ölkənin informasiya təhlükəsziliyi üçün ciddi təhlükə yaratmış bu məsələ ilə bağlı təhqiqat qrupunun, Delta Telecom şirkətinin, XDMX-nın və  RYTN-nin də baş verənlərin səbəbləri haqqında ictimaiyyətə təfsilatı ilə məlumat verməsi vacibdir. 

Osman Gündüz
21.11.2015

Artıq 29 noyabr tarixdə ANS TV-də efirə gedən Hesabat verilişində Delta Telecom şirkətinin Baş direktoru Ramazan Vəliyev bu yazıda qaldırılan məsələlərə aydınlıq gətirib. Yazıda güman olunduğu kimi yanğının da məhz MTN-nin şirkətdəki Data Mərkəzində baş verdiyi bildirilib.(Red.)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telecom-dakı yanğının səbəbləri niyə açıqlanmır?

07-12-2015

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016

Mobil internetlə WhatsApp zəngi etmək hələ də mümkün deyil

04-12-2015

Delta Telecom-dakı yanğının prezidentin ölkədə olmadığı zaman baş verməsi təsadüfdürmü?

24-12-2015

Delta Telecom-dakı yanğında MTN izi

30-11-2015

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015

Delta Telecom: “Yanğının fəsadları tam aradan qaldırılıb və alternativ sistem qurulub”

03-12-2015

WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsi varmı?

16-11-2015

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

RYTN Delta Telecom -da baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

17-11-2015

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

İltimas Məmmədov: “Delta Telecom-da avadanlıqların köçürülməsi başa çatır”

20-11-2015

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

Azərbaycanda internet bərpa olunub- Əlavə edilib

17-11-2015

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

“Bizdə internetə ödənilən məbləğlə qonşu ölkələrdə 4-5 dəfə artıq internet almaq olar”

04-12-2015

Azərbaycanda mobil internetlə WhatsApp zəngi bərpa edilib

16-06-2016

Delta Telecomda nə baş verir?

21-04-2020

Kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik sistemi hazırlanıb

15-10-2019

Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

04-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə