Previous Next
Bağla

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022 20:16
Ekspert: Azərbaycan interneti kifayət qədər  dayanıqlıdırmı?
Xeberler.az ötən günlər Rusiya - Ukrayna müharibəsi ilə bağlı Azərbaycan İnternetini gözləyən risklər haqqında Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüzün yazısını təqdim etmişdi.
 
Görəsən Azərbaycan İnterneti üçün gözlənilən risklər daha çox nə ilə bağlı ola bilər?
 
Məsələyə aydınlıq gətirən ekspert bildirib ki, bu risklər daha çox Azərbaycana daxil olan magistral internet xətlərinin Rusiya ərazisindən keçən hissəsi ilə bağlıdır.
 
"Məlum olduğu kimi Azərbaycana interneti iki magistral (backbone) operator, Delta Telecom və AzerTelecom gətirir. Hər iki magistral operator həm Rusiya üzərindən, həm də digər istiqamətlərdən Azərbaycana internet trafikini gətirmək imkanına sahibdir".
 
Azərbaycana daxil olan internet trafikin Rusiya üzərindən keçən hissəsinin xüsusi çəkisi nə qədərdir?
 
Osman Gündüz qeyd edib ki, Delta Telecom şirkətinin Azərbaycana gətirdiyi internetin çox hissəsi Rusiyaya məxsus Rostelekom telekommunikasiya operatorunun bu ölkənin ərazisindən keçən magistral optik xətləri vasitəsilə tranzit yolla daxil olur.
 
"Yeri gəlmişkən, Rostelekom da sanksiyalara məruz qalan qurumların siyahısına daxildir.
 
AzerTelecom şirkətinin Azərbaycana gətirdyi internetin əsas hissəsi isə Gürcüstan istiqamətindən ölkəyə daxil olan magistral xətlər vasitəsilə həyata keçirilir. Həmçinin, internetin əsas hissəsi ilə yanaşı rezerv trafiki də Qərb istiqamətindən, yəni Gürcüstan üzərindən alınır. Şirkətin Rusiya üzərindən aldığı rezerv trafik isə 2-ci dərəcəli rezerv əhəmiyyəti daşıyır.
 
Buradan belə qənaətə gəlmək olar ki, Rusiya-Ukrayna müharibəsi və Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Azərbaycan interneti üçün də yarana biləcək risklər AzerTelecom və onun trafiki üçün ciddi olmayacaq".
 
Ekspertin sözlərinə görə, AzerTelecom şirkəti tərəfindən Xəzərin dibi ilə Orta Asiya (Qazaxıstan və Türkmənistan marşrutları) istiqamətində də sualtı fiber optik magistralın (Trans Xəzər Fiber Optik Kabel Xətləri) çəkilişi də gələcəkdə AzNet-in dayanıqlılığı üçün mühüm əhəmiyyətə malikdir.
 
"Fikrimcə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı, Rusiya internetinin qlobal şəbəkədən ayrılacağı ilə bağlı Azərbaycan internetinin dayanıqlılığı üçün yarana biləcək risklər hökumət tərəfindən diqqətdə saxlanılmalıdır".
 
Qeyd edək ki, Rusiya internetinin ən yaxın vaxtlarda qlobal şəbəkədən tam ayrılacacağı bildirilsə də, hələlik qlobal internet şirkətlərinin bununla bağlı yekdil fikri formalaşmayıb.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025

Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

13-03-2022

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012

Delta Telekom-a kiberhücum Rusiyadan ola bilərmi? - Ekspertdən açıqlama

21-08-2025

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Ekspert: “Rusiya və Ukraynadan İT mütəxəssislərini Azərbaycana cəlb etməliyik”

16-03-2022

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019

AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

10-12-2018

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Azərbaycan rəqəmsal tranzit mərkəzinə çevrilə bilər

30-05-2019

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

"Çoxdandır gözlənilən Transxəzər Fiber Optik Kabel Xətti Layihəsinə start verildi"

04-03-2025

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Osman Gündüz: Azərbaycan Rusiya və Çinin etmədiyini bacardı

12-01-2019

“EPEG” layihəsi kommersiya istifadəsinə verildi

12-09-2013

İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

18-10-2019

AzerTelecom 10 illiyini qeyd edir

27-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə