Previous Next
Bağla

Osman Gündüz: İşğal olunmuş ərazilərdə biznes quran “Karabakh Telecom”un taleyi necə oldu ?

17-07-2021 13:21
Osman Gündüz: İşğal olunmuş ərazilərdə biznes quran “Karabakh Telecom”un taleyi necə oldu ?
Uzun illər işğal olunmuş ərazilərimzidə biznes quran “Karabakh Telecom”un taleyi necə oldu ?
 
"Müharibənin qızğın çağında, təxminən oktyabr aylarında, özünü geydirmə ”prezident” elan edən Araik Arutunyan “Karabakh Telecom”-u hərbçilərin köməyi ilə hərbi məqsədlər üçün ələ keçirərək özəlləşdirmişdi!".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib:
 
"Sonradan bizim ordumzun dəqiq zərbələri ilə qurumun fəaliyyəti dayandırılmışdı. Həmin dövrədək “Karabakh Telecom”a livanlı Fatuş qardaşları, Pyer və Musa Fatuş ( Pierre и Mousa Fattouche ) sahiblik edirdilər, Kanada ermənisi Qarnegi Odabaşyan da onu idarə edirdi.
 
Təxminən 20 il ərzində, 2002-ci ildən sonra bu qurum ərazilərimzidə qanunsuz fəaliyyət göstərib.
 
Baxıram ki, “Karabakh Telecom” indi də sakitcə Xankəndində və ətraf rayonlarda fəaliyyətini davam etdirir. Mobil internet, fiber optik və sabit şəbəkə üzərindən digər rabitə xidmətləri təklif edir.
 
Ermənistanın bütün telekommunikasiya və internet şəbəkəsinə Rusiya şirkətləri rəhbərlik edir və güman ki, elə onların köməyi ilə də “Karabakh Telecom” yenidən Xankəndində telekommunikasiya xidmətlərini bərpa edə bilib".
 
Görəsən Baş Prokurorluq 20 il ərzində “Karabakh Telecom” şirkətinin qanunsuz biznesi ilə bağlı hansısa addımlar atırmı?
 
Hazırda “Karabakh Telecom” hansı beynəlxalq rabitə resurslarından istifadə edir ?
 
Ekspert qeyd edib ki, bu şirkət qanunsuz fəaliyyət göstərdiyi 20 il ərzində təxminən 15 milyon $ investisiya yatırmışdı, 70 baza stansiyası vardı, 100 mindən çox mobil istifadəçisi qeydiyyatdan keçmişdi.
 
"Azərbaycan hökumətinin uzun illər davam edən etirazlarına baxmayaraq şirkət Erməniustana məxsus beynəlxaq kodlardan və Beynəlxalq Telekommunikasiya İttifaqından qanunsuz olaraq əldə etdiyi mobil kodlardan istifadə edərək işğal olunmuş ərazilərimzidə fəaliyyət göstərib.
 
Əgər prokurorluq Fatuş qardaşlarını axtarırsa, təxmini istiqamət verə də bilərəm, onlar adətən bütün dünyada işğal olunan ərazilərdə, beynəlxalq birliklərin tanımadığı ərazilərdə biznes qururlar. Güman etmək olar ki, onlar Krımdadırlar, 2014-cü ildə onların orada mobil rabitə biznesləri olub.
 
Fikrimcə, Pyer və Musa Fatuş haqqında, yaxud elə indiki sahibi Arutunyan haqqında konkret bu məsələlərlə bağlı, Azərbaycana vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyatı beynəlxalq qurumlara müraciət etmək doğru olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert mobil operatorlara maraqlı təklif verdi

02-10-2020

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

06-07-2018

Karabakh Telecom hələ də qanunsuz fəaliyyətini davam etdirir

11-09-2023

Xankəndi və ətraf ərazilərdə internetlə rabitə xidməti necə təşkil olunmalıdır?

13-01-2023

Qarabağda internet və rabitə necə qurulacaq? - TƏKLİF

26-11-2020

Hərbi məqsədlər üçün istifadə olunan Karabakh Telecom-un baza stansiyaları vurula bilərmi?

19-09-2023

Qondarma "Artsax"da internet və rabitə xətləri kimə məxsusdur?

14-01-2023

Ordumuz qondarma rejimin mobil operatorunu məhv edib

05-10-2020

Osman Gündüz: Ermənistanda “satqın ovu” başlandı

20-10-2020

Misirin mobil rabitə şirkəti işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərib

01-06-2011

Nazirlikdən Araikin çağırışına reaksiya

04-12-2020

“Fact Chek Karabakh” təxribat xarakterli paylaşımı ifşa edib

01-10-2020

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Ekspert:Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər

25-04-2022

Ermənilər İtaliyada www.Karabakh.it saytını yaratdılar

23-01-2011

KATV1 azad edilmiş ərazilərdə kabel televiziyası və genişzolaqlı internet şəbəkəsini quraşdırmağa hazırdır

13-11-2020

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020

Küveytin telekommunikasiya şirkətindən "Karabakh-Telecom"a qadağa

23-07-2010

Azərkosmos beynəlxalq əlaqələri genişləndirir

07-11-2016

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Ekspert: Hazırda Qarabağda vahid mobil şəbəkənin olması daha məqsədəuyğundur

13-12-2020

Ekspert: Azersky peykinin verdiyi informasiyalar cavab tədbirləri üçün yetərli olmalıdır

02-09-2019

Iran Telecom 2019 sərgisi keçiriləcək

17-09-2019

Azərbaycan gəncləri Rusiya və İsveçrə mobil operatorlarına qarşı kampaniyaya başlayıb

07-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə