Previous Next
Bağla

Qrant müsabiqəsinin qalib startapları açıqlandı-Siyahı

20-09-2017 17:23
Qrant müsabiqəsinin qalib startapları açıqlandı-Siyahı

Məlum olduğu kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap layihələrinə növbəti qrant ayırıb.

Belə ki, Fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının növbəti iclasında aprelin 10-da elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələrilə bağlı yekun qərar verilib.

Xeberler.az bildirir ki, sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub.

Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə 242 000 AZN qrant vəsaiti ayrılıb.

Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik. 

Layihənin adı

Qrant məbləği (AZN)

 1

GRP

11 000

 2

Yüksəklik

12 000

 3

CamTouch

12 000

 4

ReCountry

10 000

 5

“Destination – Baku” application

12 000

 6

ZoomX

11 000

 7

Ustad

12 000

 8

WakeMeUp

11 000

 9

İlmə

12 000

 10

Postcal

14 000

 11

Pazl – Xalça

12 000

 12

High_Cargo mobile application

11 000

 13

Mobil oyunun hazırlanması

11 000

 14

Run2Help

12 000

 15

İnEduTech

14 000

 16

Ecommerce üçün innovativ çatdırılma sıstemi

12 000

 17

seattip.com

12 000

 18

Hüt-hüt

11 000

 19

www.e-pul.az

10 000

 20

BKES

10 000

 21

Soft Balance Accounting

10 000

 

Məlumata görə, ilk 3 müsabiqənin qalibi olmuş 62 layihənin hamısının, 4-cü müsabiqənin qalibi olmuş 29 layihənin isə 18-nin icrası yekunlaşdırılıb. Qalan 28 layihə üzrə işlər davam etdirilir.

Fondun elan etdiyi 5 müsabiqə üzrə qalib olmuş 108 layihənin 27-si tələbələr tərəfindən təqdim olunub (digər- 23 kommersiya hüquqi şəxs, 58 fərdi şəxs), o cümlədən 16-sı universitetlərdəki biznes inkubatorlarda hazırlanıb.

Qalib layihələr daha çox təhsil (16), turizm (15), oyun (14), İKT cihazlarının hazırlanması (18), e-ticarət (11) və digər xidmət (34) sahələrini əhatə edib.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qrant müsabiqəsinin qalibləri açıqlandı-Siyahı

21-10-2016

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016

Google ən bahalı brend kimi

28-03-2009

Qrant müsabiqəsində 71 startap mübarizə aparacaq

21-08-2017

Qrant müsabiqəsinin qalib startapları nə vaxt açıqlanacaq?

13-09-2017

Qrant alan startaplarla müqavilələr bağlanıb

25-10-2017

A.Bayramov: “Bu, Azərbaycanda ilk təcrübədir”

22-04-2014

Qrant müsabiqəsinin qalib startapları təqdimat edəcək

02-11-2016

Startapların qrantları nə vaxt veriləcək?

15-04-2016

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016

Azərbaycan startapı - 215 000$ QRANT ALDI

12-04-2022

Qrant müsabiqəsinin 2-ci mərhələsindən 61 startap keçib

18-10-2016

Startapların qrantları verilməyə başladı

21-04-2016

Dünyanın ən bahalı mobil telefonları

29-03-2012

Qrant müsabiqəsi elan olunub

30-12-2014

3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

19-10-2015

Sabah qrant müsabiqəsinin qalib startapları müəyyənləşəcək

20-10-2016

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016

Qrant müsabiqəsinin qalib startapları nə vaxt açıqlanacaq?

01-08-2017

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

12-06-2017

“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

21-10-2025

İnternet haqqında ən maraqlı 13 fakt

23-09-2010

3-cü qrant müsabiqəsində hüquqi şəxslər də iştirak edə bilər

29-10-2015

3-cü qrant müsabiqəsinin qalibləri açıqlanacaq

05-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə