Previous Next
Bağla

Qvineya-Bisauda bəzi sosial media platformalarına giriş məhdudlaşdırılıb

27-11-2025 12:24
Qvineya-Bisauda bəzi sosial media platformalarına giriş məhdudlaşdırılıb

Qvineya-Bisauda hakimiyyəti ələ keçirən hərbçilər ölkədə “Facebook”, “TikTok” və “YouTube” da daxil olmaqla, bəzi sosial media platformalarına girişə müvəqqəti məhdudiyyət tətbiq edib.

Xeberler.az məlumat verir ki, bu barədə ölkənin “Democrato” qəzeti məlumat yayıb. Məlumata görə, bu tədbir zorakılığa sövq edəcək və ya dezinformasiya mənbəyinə çevrilə biləcək məzmunun yayılmasının qarşısını almağa yönəlib. Bu arada, “WhatsApp” kimi digər rəqəmsal platformalar həmişəki kimi işləməyə davam edir.

Qeyd edək ki, noyabrın 26-da Afrikanın qərbində yerləşən Qvineya-Bisauda hərbçilər çevriliş edərək hakimiyyəti ələ keçirib və seçkiləri dayandırıb.

Prezident Umaro Sisoku Embalonun həbs edildiyi, paytaxt Bisaunun mərkəzində atışma səslərinin eşidildiyi deyilir. Eyni zamanda, müxalifətin seçkilərdəki namizədi Fernandu Dias da Koşta və sabiq Baş nazir Dominquş Pereyra da həbs olunanlar arasındadır.

Noyabrın 23-də ölkədə prezident seçkiləri keçirilib. Həm hazırkı Prezident Umaro Sisoku Embalo, həm də müxalifət namizədi Fernandu Dias da Koşta seçkilərdə qələbə qazandıqlarını elan ediblər. Rəsmi nəticələrin cümə axşamı elan edilməsi planlaşdırılırdı.

1974-cü ildə müstəqillik qazanmazdan əvvəl Portuqaliyanın müstəmləkəsi olan Qvineya-Bisau Afrikanın ən kasıb ölkələrindən biridir. Son 55 ildə ölkədə 9 dövlət çevrilişi və çevriliş cəhdi olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qvineyalı nazir: “ASAN xidmət” təcrübəsi Qvineya-Bisau üçün maraqlıdır

02-12-2024

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

“ASAN xidmət” modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiqlənib

28-04-2026

Ankarada sosial media platformalarına giriş məhdudlaşdırılıb

24-10-2024

Facebook saxta xəbərləri blok edəcək

07-02-2017

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024

Kim Dotcom: “Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək”

21-10-2024

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək

16-03-2026

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

07-02-2024

Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs olunub

19-11-2025

İranda internet senzura davam edir

07-11-2010

WhatsApp bəzi telefonlarda fəaliyyətini dayandırıb

01-11-2021

İranda Instagram məhdudiyyəti aradan qaldırılıb

07-01-2018

Türkiyə internetində nə baş verir?-Problem

04-11-2016

“Sosial şəbəkələrə giriş bərpa olunacaq” - Binəli Yıldırım

04-11-2016

Bu gün 8 Noyabr - Zəfər Günüdür

08-11-2024

Hökumət internet istifadəçilərinin bütün məlumatlarına nəzarət edəcək

29-12-2015

“TikTok” ABŞ-da fəaliyyətini dayandırmağa hazırlaşır

15-01-2025

Məhkəmə Trampın “TikTok” qadağasını təxirə saldı

28-09-2020

ABŞ məhkəməsi “TikTok”a qoyulan qadağanı aradan qaldırdı

31-10-2020

Tramp: ABŞ TikTok-un yarısına sahib olmaq hüququna malik olmalıdır

21-01-2025

Türkiyədə sosial şəbəkələrin işində problem yaranıb

08-09-2025

Çin hakimiyyəti hakerlər qrupunu həbs edib

10-10-2015

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

05-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə