Azərbaycan tez-tez açıq informasiya təxribatı halları ilə üzləşir. Qlobal Şəbəkədə separatçılıq fəaliyyətinə açıq çağırışlar müşahidə olunur, dövlətlərin ərazi bütövlüyü şübhə altına alınır, ölkənin rəhbərləri, ictimai-siyasi xadimlər təhqir obyektinə çevrilir.
Bu barədə Soçidə (Rusiya) təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin Birinci Beynəlxalq Görüşündə Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev bildirib. O, əlavə edib ki, bu kimi fəaliyyət Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistanın informasiya strukturları tərəfindən tez-tez həyata keçirilir.
İnformasiya cəmiyyəti şəraitində koordinasiya olunmuş fəaliyyətin zəruriliyini qeyd edən Ramiz Mehdiyev qeyd edib ki, “informasiya silahı” ilə yanaşı Azərbaycanın informasiya resurslarına xaker hücumları həyata keçirilir. Xüsusən də bu cür hücumlar 1918-ci ilin mart ayında, 1990-cı ilin yanvarında, eləcə də 1992-ci ilin fevral ayında Xocalı şəhərində erməni separatçı qrupları tərəfindən dinc Azərbaycan əhalisinin kütləvi qırğını günlərində fəallaşır”.
Təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin Birinci Beynəlxalq Görüşü 5-6 oktyabr tarixlərində Soçi şəhərində keçirilib. Tədbirdə dünyanın 43 ölkəsindən təhlükəsizlik şuralarının katibləri, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik məsələləri üzrə köməkçiləri, güc strukturlarının rəhbərləri iştirak ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri