Müsahibimiz “İRƏLİ” İctimai Birliyinin baş katibi və İnformasiya Texnologiyaları Akademiyası layihəsinin rəhbəri Rauf Mərdiyevdir.
- “İRƏLİ” İctimai Birliyində İnformasiya Texnologiyaları (İT) sahəsində nə kimi yeniliklər gözlənilir?
- Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyinin fəaliyyətində prioritet qəbul etdiyi sahələrdən biri də informasiya texnologiyalarıdır. 2005-ci ildən bu istiqamətdə 200-dən artıq irili-xırdalı layihələr həyata keçirmişik. Bunlar əsasən gənclər arasında IT biliklərinin artırılmasına yönəlmiş müxtəlif təlimlər, virtual məkanda Azərbaycan maraqlarının qorunmasına yönəlmiş məlumat bazalarının saytların, bloqların yaradılması, gənc peşəkarlardan ibarət şəbəkələrin yaradılması və s. istiqamətlərdə olub.
Yeniliklərə gəlincə, Azərbaycanda ilk bloq təlimləri 2007-ci ildə “İRƏLİ” İnformasiya Texnologiyalar Departamenti tərəfindən həyata keçirilmişdir. Biz daim bu sahəni diqqətdə saxlamışıq. 2010-cu ildə isə “WeBlog” adlı təlimlərə start verilmişdir. Təlimlər çərçivəsində 35 nəfər gənc bloqinq sahəsində 1 ay boyunca intensiv təlimlər keçir. Onlara bloqin yaradılması və işlədilməsi, onları necə reklam etməli, hətta bloqdan necə pul qazanmağın yolları onlara tədris olunur. Təlimlərin sonunda hər iştirakçının şəxsi bloqu olur və bir ay müddətində həmin bloq təlimçilər tərəfindən yoxlanılır. Təlim zamanı əldə etdiyi bilikləri praktikada düzgün tətbiq şəxslərə isə sertifikat verilir.
- Weblog təlimlərinə bölgələrdən də bloggerlər cəlb olunublarmı?
- Bu layihəyə çox təəsüf ki, bölgələrdən heç kim qatılmayıb. Amma biz layihələrimizdə heç zaman bölgədən olan gənclərimizi yaddan çıxarmırıq. Bəzi layihələrimizin hədəf qrupu kimi məhz bölgələrimizdə yaşayan gənclər müəyyən olunur. Məsələn “Gənc liderlərin şəbəkələşmə bacarığının artırlması” layihəsi çərçivəsində 2010-cu ilin noyabr-dekabr aylarında Azərbaycanın 4 bölgəsində: Şəki, Şirvan, Gəncə və Sumqayıt şəhərlərində treninqlər keçmişik və bu təlimlərin xüsusi bir hissəsi internetdə şəbəkələşməyə ayrılmışdır.
- Ümumiyyətlə, bölgələrdə internet istifadəçilərinin aktivliyi istənilən səviyyədədirmi?
- Ötən illərlə müqayisə etdikdə təbii ki, fəallıq artıb. Bunun bir neçə səbəbi var, internet tariflərinin aşağı endirilməsi, bölgələrdə güzəştli şərtlərlə kompüter əldə etmək imkanının olması, əhalinin məlumatlılıq səviyyəsinin yüksəlməsi və s. Ümumilikdə, bu istiqamətdə inkişaf gedir. Amma nəticəsi hələ ki, bizi tam qane edəcək səviyyədə deyil. Regionlarda ixtisaslı kadr çatışmazlığı var. “İRƏLİ” olaraq daim çalışırıq ki, layihələrimizdə bu problemlərin həllində rol oynayaq. Biz istəyirik ki, insanlara biliklər ötürdükdə onlar bununla kifayətlənməsin özləri də ətraflarındakı insanlara bu məlumatları ötürsünlər. Bu templə davam etsək əminəm ki, regiondakı vətəndaşlarımızın İT biliklərini ən azından şəhər səviyyəsinə gətirib çatdıracağıq.
- Bildiyimiz kimi, sizin də bloqunuz var? Öz bloqunuzu tez-tezmi yeniləyirsiz?
- Mənim bloqum 2007-ci ildən fəaliyyət göstərir. O vaxtlar işim nisbətən az idi və tez-tez yazılar yazırdım. Amma indi boş vaxtımın məhdudluğundan bloquma çox vaxt ayıra bilmirəm. Əsasən çalışıram ki, öz fəaliyyətimizi əhatə edən, aktual məsələləri informasiya agentliklərindən götürüb öz bloqumda yerləşdirim. Amma bəzən də olur ki, hansısa məsələ mənim diqqətimi cəlb edir və məsələyə öz bloqum vasitəsilə münasibət bildirir və bu yazını sosial şəbəkələr vasitəsilə yayıram. Bu çox gözəl ənənədir hər kəsin bloqu olması arzuolunan haldır.
- Daimi oxuduğunuz blog varmı?
- Mən Elnur Aslanovun bloqunu (http://elnuraslanov.livejournal.com/) oxuyuram. Ceyhun Osmanlının (http://ceyhunosmanli.wordpress.com/) bloqundan xəbərləri izləyirəm. Fərid Novruzinin (http://novruzi.livejournal.com/) bloqunda maraqlı yazılar olur. Bundan başqa informasiya texnologiyaları yeniliklərini barədə xarici bloqlardan məlumat əldə edirəm.
- Sizcə bloggerlərə jurnalist demək olarmı?
- Mən jurnalistikanı bir peşə, bloqqinqi isə daha çox bir hobbi kimi görürəm. İnsan ola bilər jurnalistdir amma blogger deyil və yaxud ola bilər ki, bloggerdi amma jurnalistikaya aidiyyatı yoxdur. Elə bil hal da ola bilər ki, həm jurnalist, həm də bloggerdi və bu ən gözəl haldır – həm jurnalistlər, həm də bloggerlər üçün.
Hacıbəy Heydərli
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri