“İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında “İRƏLİ” İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzinin “WeBlog” layihəsinin bağlanış və eyni zamanda “WeBlog-2” layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı və qonaq olaraq USAN (AS Azerbaijan network) sədri Adil Bağırov iştirak edib. Ceyhun Osmanlı Adil Bağırovu iştirakçılara təqdim etmiş və “WeBlog” layihəsi haqqında qonağı məlumatlandıraraq gənclərin informasiya müharibəsində aktivliyi, həyata keçirdiyi layihələr haqqında danışmışdır. Sonra qonağı iştirakçıların öhdəsinə buraxıb.
USAN (AS Azerbaijan network) sədri Adil Bağırov “WeBlog-2” layihəsinin iştirakçılarına “Azərbaycanın Ermənistanla informasiya mühəribəsində yeni üsullar və texnologiyalar” mövzusunda gəclərlə seminar keçdi. Gənclər tərəfindən verilən sualları cavablandıraraq onları daha da aktiv olmağa və yeni-yeni birgə layihələr keçirməyi təklif etmişdir. Ümumilikdə görüş gənclərin böyük marağına səbəb oldu.
Eyni zamanda bu tədbirdə “WeBlog” layihəsini uğurla başa vuranlar şəhadətnamə ilə təltif olundu.
Xatırladaq ki, “WeBlog-2” layihəsində iştirak etmək üçün 70 nəfər gənc müraciət edib, onlar arasında müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanıb.
Layihənin keçirilməsində əsas məqsəd gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması və irəlilədilməsi, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri