Previous Next
Bağla

Reklam necə hazırlanmalıdır?

02-08-2010 23:58
Reklam necə hazırlanmalıdır?

Reklam - nə deməkdir?

Reklamın kökü çox qədim dövrlərə gedib çıxır. Keçmişdə camaatın sıx toplaşdığı yerlərdə, meydanlarda carçılar ucadan qışqırmaqla əhaliyə müəyyən xəbər və məlumatlar çatdırırdılar. Məhz, buradan da “qışqırmaq” və ya “çığırmaq” mənasını verən “reklateqe” Latın sözü, onun da əsasında  “reklam” məfhumu yaranmışdır. Dünyada ilk yazılı reklam müraciətlərindən biri isə Britaniya muzeyində saxlanılan Misir papirusunun üzərində həkk olunub. Satılan qulu tərifləyən reklamın təxmini mətni belədir: “O, hər iki qulağı ilə çox gözəl eşidir, hər iki gözü ilə əla görür. Onun qidaya qənaət edəcəyinə, sahibinə sədaqətli və itaətkar olacağına təminat verirəm”.

Reklam - hipnozdurmu?

Müasir dövrümüzdə “reklam” anlayışı daha geniş məna kəsb edir.  “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, “Reklam – fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiyadır”.
Sadə dildə desək, reklam istehlakçı, tamaşaçı, istifadəçi cəlb etmək məqsədilə  yaxşı hazırlanmış qısa bir informasiyadır. Əslində, reklam informasiyaları adi informasiyalardan çox fərqlənir. Çünki, onlar bədii formada ifadə edilir, emosional rənglərlə bəzədilir, həm də onların tərkibində insanları bu və ya digər malı almağa, yaxud təklif edilən xidmtlərdən istifadə etməyə təhrik edən elementlər olur. Reklamlardakı informasiyalar inandırıcılıq və təlqin etmək əsasında qurulduğundan potensial alıcıya emosional-psixiki təsir göstərir, necə deyərlər, adamın düz beyninin içinə nüfuz edir.

Reklam - kütləvi "qırğın" silahı...

Reklam məqsədilə müxtəlif vasitələrdən istifadə edilir. Kütləvi informasiya vasitələri, internet, metro, dayanacaqlar, küçələrdə bilbordlar (reklam şitləri) və s. reklamın yayılmasında mühüm rol oynayır. Cəmiyyətdə ən çox ticarət reklamları üstünlük təşkil edir. Lakin digər reklamlar da insan həyatında əhəmiyyətli rol oynayır. Hazırda dünyada siyasi, dini və başqa reklamlardan çox güclü silah kimi istifadə edilir.

Ümumilikdə, bütün reklamlarda bir əsas prinsip olur ki, hər istehsalçı, şirkət, firma, yaxud partiya, təşkilat reklamlarda öz məhsullarını, xidmətlərini, ideyalarını qısaca  xarakterizə edən aydın başa düşülən məlumat yerləşdirməyə çalışırlar. Mütəxəssislər qeyd edirlər ki, reklam əlavə xüsusi bilik tələb olunmadan və ya texniki vasitələr tətbiq etmədən istehlakçı tərəfindən asan başa düşülən olmalıdır. Yaxşı reklam həmişə həqiqi alıcılara ünvanlanmalı, əsaslı arqumentlərlə qurulmalı, onun sözlü hissəsi böyük ustalıqla tərtib edilməlidir. Mətn reklamın harada (dövri mətbuat,  televiziya, radio, bilbord və s.) yerləşdirilməsindən, həm də onun təyinatından asılı olaraq hazırlanmalıdır. Reklam mətnlərinin hazırlanmasında alıcıların mal alarkən əldə rəhbər tutduqları vadaredici motivlər nəzərə alınmalıdır.

Reklam - gözü və qarını necə doydurur?

Dünya təcrübəsində reklamların tərtibatında Amerikalı mütəxəssis A.X.Maslovun təklif etdiyi insan təlabatının klassifikasiyasından uğurla istifadə edirlər. Bu klassifikasiya beş punktdan ibarətdir: fizoloji təlabat (aclıq, susuzluq və s.); özünü qorumaq istəyi (təhlükəsizlik, sağlamlıq); sevgiyə ehtiyac (bağlılıq, mənəvi yaxınlıq); ətrafdakılardan hörmətə gözləmək (şöhrətpərəstlik, cəmiyyət tərəfindən bəyənilmək); özünü təsdiq etmək arzusu (özünü realizə və ya ifadə etmək). Bu təsnifatdan istifadə edərək reklamın informasiyalığını, eyni zamanda təsir gücünü xeyli artırmaq olar. Maslov hesab edir ki, insani ehtiyaclar iearxiya şəklində yerləşir, yeni tələbatın yaranması, əvvəlkinin – daha güclü və əhəmiyyətli ehtiyacın  ödənilməsi əsasında baş verir. Ac insanın özünüqorumaq və ya sevgi ehtiyacı azalır. Yalnız insan qarnını doydurduqdan sonra məhəbbət, hörmət görmək və ya özünü təsdiq etmək haqqında düşünməyə başlayır.

Reklam mətnləri necə seçilməlidir?

Qeyd etmək lazımdır ki, insanın davranışı real həyatda konkret hər hansı bir ehtiyacla deyil, bu ehtiyacı müşayiət edən çoxlu faktların uyğunlaşdırılması ilə motiviasiya edilir. İnsan qidanı tək aclığı dəf etmək üçün deyil, həm də xoş dad hiss etmək, toyda, məclisdə müsbət atmosferi qorumaq və s. üçün qəbul edir. Ona görə də reklamçılar qarşısında belə məsələ dayanır ki, insanın həyat tərzinə daha çox nüfuz edən mövcud tələbatlardan və faktlardan elələrini seçsinlər ki, onlara reklamla daha tez təsirə etmək olsun. “Paltarı daha təmiz edir”, “mədə pozuntusunu tez sakitləşdirir”, “heç vaxt darda qoymaz,” “susuzluqdan azad ol” və digər reklam mətnləri məhz insan ehtiyaclarını nəzərə alaraq sövqedici motivlər əsasında tərtib edilib.

Bəzi mütəxəssislər hesab edir ki, reklam mətnində müəyyən məlumatların verilməsi alıcını qorxuda bilər. Bu səbədən reklamların çoxunda qiymət haqqında məlumat verilmir. Belə yanaşmanın tərəfdarları hesab edirlər ki, reklam yalnız malın istehlakçı xüsusiyyətlərinə toxunmalıdır, qalan informasiyaları isə müştəri gəlib dükandan ala bilər. Çoxları bu cür yanaşmanı düz hesab etmir. Çünki, qiymət barədə informasiyanın verilməməsi istehlakçılarda belə təsəvvür yarada bilər ki, məhsulun qiyməti reallıqdan çox uzaqdır. Ona görə də müştərilərdə şübhə oyatmamaq üçün reklamın məzmununa dolğun informasiya daxil edilməsi məqsədəuyğun olar. Hərçənd ki, bu zaman elanın həcmi bir qədər uzanır. Lakin ruslar demişkən, “Sıyıq yağla xarab olmaz”. Dəfələrlə sübut olunub ki, insanlar onlara lazım olan informasiyanı görürlərsə, reklamın uzunluğundan asılı olmayaraq onu izləyirlər. Özünə mebel, tozsoran, televizor və s. almaq qərarına gələn insan həmin mallara aid olan elanlarda, reklam çarxlarında faydalı məlumat tapanda onu axıra qədər izləyir.

Reklamı oxutduran komponentlər...

Bu gün reklamların bədii tərtibatına da xüsusi diqqət yetirilir. Onların dizaynında cəlbedici illüstrasiyalardan, simvollardan, şriftlərdən istifadə olunur. Yaxşı düşünülmüş təsvirlər, foto və şəkillər reklamda olan informasiyaya dramatik və sövqedici güc verir, elanı daha maraqlı və yadda qalan edir. Tədqiqatçılar qeyd edirlər ki, reklam təsvirləri artıq detallarla yüklənməməli, mümkün qədər sadə olmalıdır. Araşdırmalar göstərir ki, istehlakçı birinci şəkilə, sonra başlığa baxır, daha sonra mətni oxuyur. Məhz, bu qaydada da materialları reklamda yerləşdirmək lazımdır: yuxarıda illüstrasiya, altında sərlöhvə və onun da aşağısında mətn. Başlıq illüstrasiyadan yuxarıda verilirsə, mətnin mənimsənilməsi 10 faiz aşağı düşür. 

Reklam antireklama necə çevrilir?

Psixoloqların fikrincə, reklamların hazırlanmasında saxtakarlığa yol verildikdə istehlakçıların onlara olan inamı azalır. Xüsusən, istehlakçı reklam olunan məhsulu alıb onda reklamda qeyd olunan keyfiyyətləri görməyəndə, onun gözündə digər reklamlar da etibardan düşür. Əslində, ölkəmizdə uyğunluq sertifikatı olmayan əmtəələrin reklamı, istehlakçını çaşdıra bilən yanlış reklam yayımı, sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması qanunla qadağandır.
Hazırda respublikamızda reklam bazarı inkişaf etməkdə davam edir. Hər gün biz televizorda, küçədə, metro, bir sözlə hər yerdə müxtəlif reklamlara rastlaşırıq. Reklam artıq həyatımızın bir hissəsidir. Onlar bizə hər hansı mal və ya xidmət seçimində düzgün yol göstərəndə, adekvat olaraq bizim də reklamlara inamımız artır. Ona görə də əsl reklam həqiqətdən, orijinal ideyadan doğmalı, özündə lokanik, doğru və zəruri informasiyalar ehtiva etməlidir.

Vüqar Haqverdiyev
Milli.Az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Reklam bazarında internetin payı sürətlə artır

Reklam bazarında internetin payı sürətlə artır

12-01-2009
Mobil telefonlarla reklam 10 dəfə artacaq

Mobil telefonlarla reklam 10 dəfə artacaq

13-12-2010
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

04-02-2025
 Reklam şirkətləri YouTube-dan niyə narazıdır?

Reklam şirkətləri YouTube-dan niyə narazıdır?

09-09-2015
Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir

Rəqəmsal platforma təsisçisi reklam subyektləri sırasına daxil edilir

18-03-2025
Analitiklərin fikrincə, TV-də reklam dəyişikliklərə məruz qalacaq

Analitiklərin fikrincə, TV-də reklam dəyişikliklərə məruz qalacaq

29-08-2008
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

18-03-2025
Bakıda reklam festivalı keçiriləcək

Bakıda reklam festivalı keçiriləcək

18-03-2011
Reklama dair ümumi tələblər dəyişir

Reklama dair ümumi tələblər dəyişir

18-03-2025
Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir

04-02-2025
Xarici dildə reklama dair yeni qayda müəyyənləşir

Xarici dildə reklama dair yeni qayda müəyyənləşir

17-04-2020
Reklam fəaliyyəti sahəsində monitorinqlər davam edir

Reklam fəaliyyəti sahəsində monitorinqlər davam edir

27-09-2010
 YUMROO şəxsi reklam şəbəkəsinə start verib!

YUMROO şəxsi reklam şəbəkəsinə start verib!

24-04-2009
Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

29-08-2008
Google Azərbaycanın internet reklamı bazarına maraq göstərir

Google Azərbaycanın internet reklamı bazarına maraq göstərir

22-10-2015
Reklam blok edən proqramların sayı artır

Reklam blok edən proqramların sayı artır

19-10-2015
GOOGLE öz istifadəçiləri vasitəsilə interaktiv reklam layihəsini həyata keçirməyə hazırlaşır.

GOOGLE öz istifadəçiləri vasitəsilə interaktiv reklam layihəsini həyata keçirməyə hazırlaşır.

15-10-2008
Reklam haqqında Qanuna dəyişikliklər təklif edilib

Reklam haqqında Qanuna dəyişikliklər təklif edilib

04-11-2022
“Big Data internet-reklam probleminin  həllində mühüm rol oynayır”

“Big Data internet-reklam probleminin həllində mühüm rol oynayır”

02-02-2016
Artıq reklamları Google-da yox Goo-da verəcəklər

Artıq reklamları Google-da yox Goo-da verəcəklər

31-03-2014
Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb

Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb

21-06-2017
Açıq məkanda reklam fəaliyyəti ilə bağlı seminar keçirilib

Açıq məkanda reklam fəaliyyəti ilə bağlı seminar keçirilib

10-08-2022
Instagram gələn həftədən reklam nümayişinə başlayacaq

Instagram gələn həftədən reklam nümayişinə başlayacaq

26-10-2013
 Facebook sizin şəklinizdən reklamlarda istifadə edə bilər

Facebook sizin şəklinizdən reklamlarda istifadə edə bilər

25-03-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə