Previous Next
Bağla

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018 12:18
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda prosedurların sadəliyi investorların aktiv formada iştirakını təmin edir. Dövlət əmlaklarını özəlləşdirmək istəyən vətəndaşlar elektron hərracın fürsətlərindən yararlanaraq rahatlıqla iştirakçı statusu qazana bilər. Hərrac keçirildiyi gün vətəndaşların heç bir yerə getmədən sifariş verdikləri dövlət əmlakının özəlləşdirilməsində elektron formada iştirak imkanı var. Eləcə də, hərraca marağı olan digər şəxslər də prosesin gedişatını həm onlayn, həm də canlı formada izləyə bilər.

Xeberler.az  bildirir ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 8 yanvar tarixində keçiriləcək. 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2 min 634 kv.m arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla bərabər, Gəncə, Şəmkir, Ağdaş və digər regionlarda yerləşir. Sumqayıt şəhəri, Bağlar massivi, Dəniz kənarındakı restoranın ümumi faydalı sahəsi 442.5 kv.m-dir. Yerləşdiyi ərazi, fəaliyyət sahəsi baxımından gəlirli olan xidmət obyekti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Yevlaxda mehmanxana, "Aztexsənaye" Kiçik Dövlət Müəssisəsi, Göygöldə sanatoriya, Şəmkirdə zavod filialı, Gəncədə istehsal sexi də yüksək ümumi faydalı sahəsi olan dövlət əmlaklarıdır.

Müxtəlif xidmət sahələri üzrə kiçik biznesə başlamaq istəyənlər qeyri-yaşayış sahələri üzrə seçim edə bilər. Hərraca çıxarılan bu növ dövlət əmlaklarının 30-u Bakıda, digərləri isə Daşkəsən, Sumqayıt, Gəncə, Tərtər kimi şəhər və rayonlardadır. Ümumi faydalı sahəsi 12 kv.m və 214 kv.m intervalında olan obyektlərdən biri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 67.9 kv.m-dir.

İnvestor üçün gəlirli ola biləcək digər bir qeyri-yaşayış sahəsi Tərtər şəhəri, Nizami küçəsindədir. Obyektin ümumi faydalı sahəsi 68.5 kv.m-dir. Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ümumi səhmlərinin 30%-45%-lik səhm paketləri özəlləşdiriləcək dövlət əmlakları Lənkəran, Şirvan, Xaçmazla yanaşı, digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan səhmlərin ilkin qiyməti 6 min 251 manat və 125 min 992 manat arasındadır.

Tam elektronlaşmış hərrac prosedurlarından istifadə edərək prosesə qoşulmaq istəyənlər komitənin informasiya resurslarına müraciət edə bilər. Belə ki, hər kəs rəsmi sayt (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edərək onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, sahibkarları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi hərraclarda fəal iştiraka dəvət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019

25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

26-11-2018

Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

28-02-2019

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə