Previous Next
Bağla

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018 14:50
Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən açıq və şəffaf hərraclarda iştirak edən hər kəs seçdiyi dövlət əmlakını rahatlıqla özəlləşdirə bilir.

Xeberler.az  bildirir ki, sifariş prosedurlarının sadəliyi, iştirak üçün yaradılan fürsətlər ilə əlavə vaxta itkisinə və hərrac keçirilən məkana getməyə ehtiyac qalmır. Sadalanan bu imkanların təminatı ilə komitə tərəfindən 27 noyabr tarixində növbəti hərrac reallaşdı. Bu dəfə hərraca çıxarılan dövlət əmlaklarından 14-ü sifarişçilərin marağına səbəb oldu. İştirakçılardan 2-si seçdiyi dövlət obyekti üzrə sifarişi Elektron hərrac sisteminin yaratdığı rahat şəraitdə-onlayn formada vermişdir. Budəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri aiddir.

Hərraclara çıxarılan qeyri-yaşayış sahələri sahibkarlığa başlayan və fəaliyyətini müxtəlif kiçik biznes sahələri üzrə genişləndirmək istəyənlər üçün uyğun imkanlar yaradır. Bu kateqoriya üzrə özəlləşdirilən dövlət əmlakları Bakı, Daşkəsən, Şirvan və Mingəçevir şəhərlərində yerləşir. Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki qeyri-yaşayış sahəsinin hərracında 2 sifarişçinin iştirakı bu obyektin ilkin hərrac qiymətinin 6 dəfəyə yaxın yüksəlməsinə səbəb oldu. Belə ki, rəqabətli keçən prosesdə satış qiyməti 1350 manat olan obyekt üçün iştirakçı 8 min manat təklif edərək hərracın qalibi oldu. Özəlləşdirilən və xidmət fəaliyyəti üçün əlverişli olan obyektlərdən biri də Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 ünvanında yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 154.2 kv.m-dir. Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və budəfəki hərracda özəlləşdirilən qeyri- yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 18 kv.m və 46.3 kv.m-dir.

Kiçik dövlət müəssisə və obyektləri üzrə sifariş verilmiş əmlaklar Şamaxı, İsmayıllı, Siyəzən və Goranboy kimi şəhər və rayonlardadır. Özəlləşdirilən dövlət müəssisələrindən olan qeyri-yaşayış binası İsmayıllı rayonu, Mican kəndində yerləşir. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 128.7 kv.m, birgə özəlləşdirildiyi torpaq sahəsi isə 790 kv.m-dir. Buraxılış tarixləri 1985-2007-ci illər olan nəqliyyat vasitələri Tofaş və Qaz markalarına aiddir. Bu avtomobillərin hərracdakı son satış qiymətləri 400 manat ilə 20 min manat arasındadır. Keçirilən hərracların nəticələri ilə tanış olmaq və növbəti hərraclara çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək istəyənlər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 4 dekabr tarixində keçiriləcək. Ayın ilk hərracına ümumilikdə 122 dövlət əmlakı çıxarılıb. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019

Növbəti hərracda yüksək rəqabət

25-09-2018

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə