Previous Next
Bağla

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019 11:09
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Vətəndaşlar sadə prosedurlardan keçməklə dövlət əmlaklarının özəlləşdirilməsində rahatlıqla iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda yaradılan imkanlar ilə hər kəs onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilir.

Xeberler.az  bildirir ki,  müasir hərrac sistemi ilə sifarişçilər və adi şəxslər olduğu məkandan prosesə elektron formada qoşula bilir. Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 7 may tarixində təşkil olunacaq. Budəfəki hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 15-i nəqliyyat vasitəsi, 5-i isə yarımçıq tikilidir. Dövlətə məxsus səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ağcabədi, Ucar, Tovuz və digər bölgələrdə yerləşən dövlət əmlaklarının özəlləşdiriləcək səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 12.2 kv.m ilə 11.2 min kv.m arasındadır. Bu dövlət əmlakları paytaxtla yanaşı, Neftçala, Qazax, İmişli, Zaqatala kimi şəhər və rayonlarda yerləşir. Müəssisələr fəaliyyət istiqamətlərinə görə də müxtəlifdir. Belə ki, onlar arasında ticarət obyekti, yardımçı təsərrüfat, anbar, əmlak kompleksi və digər dövlət əmlakları var. Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsindəki qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 87.4 kv.m-dir. İlkin hərrac qiyməti 11 min 250 manat olan bu obyekt müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən isə 7-si paytaxtda, 4-ü Sumqayıtda, 2-si Gəncədə, digərləri isə Bərdə, Daşkəsən və Ağdaşda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 5.8 kv.m ilə 52.7 kv.m arasındadır. Qeyri-yaşayış sahələrindən biri Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindədir. Obyektin ümumi faydalı sahəsi 47.9 kv.m-dir. Nəqliyyat vasitələrinin hərracında iştirak etmək istəyən şəxslər buraxılış tarixi 1986-2008 olan Fiat, Uaz, Qaz və digər markalardan olan avtomobillər üzrə seçim edə bilər. Bu kateqoriyadan olan dövlət əmlaklarının ilkin hərrac qiyməti 2 min manat ilə 7 min manat arasındadır. Hər kəs komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edə bilər. Eyni zamanda, onlayn formada sifariş verməklə hərracda iştirak statusu qazanmaq da mümkündür. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, sahibkarları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi hərraclarda fəal iştiraka dəvət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
Hərraca 92 dövlət əmlakı çıxarıldı

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
170 dövlət əmlakı üzrə seçim imkanı

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

Olduğun məkanı dəyişmədən özəlləşdirmədə iştirak et

11-03-2019
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə