“Rəqəmsal böyük summativ qiymətləndirmə” mövzusunda vebinar təşkil edilib

02-06-2022 / 16:00

Şagirdlərin bilik və bacarıqlarının rəqəmsal formada qiymətləndirilməsi məqsədilə 24 və 27 may tarixlərində “Rəqəmsal böyük summativ qiymətləndirmə” mövzusunda vebinar təşkil edilmişdir.


Xeberler.az bildirir ki, hər iki vebinar zamanı rəqəmsal qiymətləndirmə vəsaitlərinin tərtib etmə qaydaları ilə bağlı ətraflı məlumat verilmiş, müxtəlif sual tiplərinin yaradılması, onlayn testin virtual siniflərə təyin edilməsi, yaradılan test nümunələrinin qiymətləndirmə saatından öncə aktiv olmaması və qiymətləndirilmə nəticələrinin ixrac edilməsi kimi əhəmiyyətli mövzuların izahı verilmişdir.


Qeyd etmək istərdik ki, təlimin videoyazısını (https://web.microsoftstream.com/video/9d7730ac-d074-4381-b5c8-5b2750808fd5

https://web.microsoftstream.com/video/6782aee1-fde5-4038-abf4-f1f62cbe7012) yalnız “Virtual Məktəb” hesabına daxil olmaqla “Stream” kanalında izləmək mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə