Previous Next
Bağla

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Media Forumu keçirilib

24-09-2024 09:54
“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Media Forumu keçirilib

Daşkənddə “Rəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizə” mövzusunda Azərbaycan-Özbəkistan Media Forumu işə başlayıb.

Xeberler.az məlumat verir ki, Forum 2023-cü ilin avqustunda Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində keçirilir.

Forumun açılışında çıxış edən Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov media sahəsində iki ölkə arasında fəal təmasların və sistemli dialoqun inkişaf etdiyini, fikir və təcrübə mübadiləsinin genişləndiyini, bunun real nəticələrə gətirib çıxardığını qeyd edib. O əlavə edib: “Qlobal təlatümlərin yaşandığı indiki dövrdə obyektiv məlumatların verilməsində ciddi təhlükələr var. Biz bunu hətta özlərini azadlıq etalonu kimi təqdim edən ölkələrdə də görürük. Bütün bunlar dünyada informasiya istehlakçılarına mənfi təsir göstərir.

Belə bir vəziyyətdə bizim qardaş Azərbaycanla əməkdaşlığımız xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasında əlaqələr yeni səviyyəyə yüksəlib, dezinformasiyaya qarşı mübarizə üçün möhkəm zəmin yaradılıb”.

Öz növbəsində, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov çıxış edərək diqqətə çatdırıb ki, hazırda Azərbaycanda və Özbəkistanda media sektorunun inkişafına və əlaqələndirilməsinə cavabdeh təşkilatlar arasında əməkdaşlığın qurulması, hər iki ölkənin dövlət orqanlarının kommunikasiyaya məsul olan struktur bölmələrinin fəaliyyətinin gücləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin təşkili, media təhsili və media savadlılığı, o cümlədən media orqanlarının əməkdaşlığının genişləndirilməsi istiqamətində fəal iş aparılır. 

MEDİA-nın icraçı direktoru bu il ölkəmizin genişmiqyaslı tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb və özbək həmkarlarını bununla bağlı görülən tədbirlərə və hazırlıq işlərinə, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesinə davamlı yanaşma və Azərbaycanın yaşıl dünya naminə irəli sürdüyü təşəbbüslər barədə ictimaiyyətə ətraflı informasiya verməyə çağırıb.

Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov media sahəsində təcrübə və uğurlu modellərin mübadiləsinin əhəmiyyətini vurğulayıb.

O əlavə edib ki, sosial şəbəkələr dəqiqləşdirilməmiş məlumatların yayılması platformasına çevrilir və bu, öz növbəsində, reallıq haqqında yanlış təsəvvürlər yaradır. “Son illərdə yalan məlumatların miqyası on dəfə artıb. Çoxları dezinformasiyanı əsas qlobal təhlükələrdən biri hesab edir”, - deyə K.Həsənov vurğulayıb. Sektor müdiri ümidvar olduğunu bildirib ki, hazırkı media forumunda bu problemin həlli yollarını tapmaq mümkün olacaq.

Özbəkistan Ali Məclisi Senatının İnformasiya siyasəti və dövlət orqanlarında şəffaflığın təmin edilməsi komitəsində daimi əsaslarla çalışan senator Mahmud Parpiyev rəqəmsal dövrün informasiyanın ötürülməsi üçün yeni imkanlar açdığını vurğulayıb. O əlavə edib: “Sosial media vasitəsilə çoxlu məlumatlar əldə edirik. Amma təəssüf ki, biz onların axınını tənzimləyə bilmirik. Ona görə də indi informasiya müharibəsi gedir, biz qüvvələrimizi birləşdirib dezinformasiyaya qarşı mübarizə aparmalıyıq”.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu forumun medianın aktual problemlərinin həllinə kömək edəcəyinə, Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Media Forumu çərçivəsində “Dezinformasiyaya qarşı mübarizədə qabaqcıl beynəlxalq təcrübə”, “Özbəkistan və Azərbaycanda əhalinin media savadlılığının artırılmasında dövlət və qeyri-dövlət media qurumlarının rolu” və “Özbəkistan ilə Azərbaycan arasında kütləvi informasiya və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzularında müzakirələr aparılıb. (Azərtac)

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

24-09-2024

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024

MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

29-09-2025

Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

06-05-2025

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024

Kamran Həsənov: Media sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas komponentdir

24-09-2024

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025

Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək

12-04-2025

Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

20-07-2025

Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

18-12-2025

"Rəqəmsal dövrdə media tərəfdaşlığı" mövzusunda panel sessiya keçirilib

30-09-2025

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025

Prezident: Biz ortaq regional informasiya platformalarının yaradılmasını dəstəkləyirik

21-11-2025

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025

Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

16-12-2024

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025

III Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir

21-07-2025

Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

16-11-2024

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

16-04-2025

3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19-07-2025

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə