Rəqəmsal marketinq agentliklərinin sayı artacaq

20-08-2015 / 10:56

Son dövrlərdə şirkətlər Rəqəmsal Marketinqə daha çox diqqət yetirməyə başlayıb. Şirkətlərin və onların təqdim etdikləri xidmətlərin tanıtım işlərinin təşkili üçün rəqəmsal marketinq, sosial media alətlərindən istifadə xeyli çoxalıb. Manatın devalvasiyasından sonra bu sahədə də yeni tendensiyalar hiss olunmağa başlayıb.

Bu sahənin hazırkı vəziyyəti, manatın devalvasiyasından sonrakı mövcud trendləri və gələcək inkişaf perspektivləri ilə bağlı Xeberler.az olaraq Rəqəmsal Marketinq üzrə mütəxəssis Fərhad Ələkbərovla söhbətləşdik.

“İnternet Marketinq sahəsinə maraq təxminən 2003-cü ildən inkişaf etməyə  başlayıb. Ölkədə axtarış sistemlərinin, sosial şəbəkələrin, forumların və digər kanalların inkişaf etməsi, Rəqəmsal Marketinq-in qolu olan SMM (sosial mediada marketinq) və SEO (axtarış sistemlərində optimizasiya) ölkəmizdə inkişafına gətirib çıxardı. Beləliklə, şirkətlər daxili marketinq departamenti və ya agentliklərlə işləməyə başladılar”.

Şirkətlərin ucuz rəqəmsal marketinq kanallarında reklama üz tutmaları, reklam agentliklərinin çoxalmasına gətirib çıxarır.

Mütəxəssis bildirib ki, son 2 ildə internetə investisiya çox artıb. Manatın devalvasiyasından sonra isə şirkətlər marketinq büdcələrini ixtisara salmağa başladılar. Və artıq TV və radio, eləcə də xəbər saytlarına nisbətən daha ucuz rəqəmsal marketinq kanallarında reklama üz tutmaları, reklam agentliklərinin çoxalmasına gətirib çıxarır. İqtisadi böhran yaşayan dövlətlər əsasən öz məhsullarını sosial media üzərindən edirlər. Azərbaycanda fəaliyyət göstərən şirkətlərin bu sahəyə diqqəti artacaq.

SMM agentliklərin əksəriyyəti professional şəkildə xidmət göstərmir

SMM-in güclənəcəyini, yeni agentliklərin yaranacağını proqnozlaşdıran mütəxəssis qeyd edib ki, əvvəllər SMM sahəsinə bir vacib iş kimi baxılmırdı: “Bu gün isə Rəqəmsal Marketinqin qolu olan bu sahə üzrə ölkəmizdə onlarla mütəxəssis mövcuddur. Yeni agentliklərin açılmasına gəldikdə isə, hər il yeni agentlik yaranır. Artıq SMM agentliklərin sayı 10-u keçər. Lakin, onların çox azı professional şəkildə xidmət göstərir”.

“Linkedin-dən onlayn CV saytı kimi istifadə edən var”

Bu il nələrin trend olacağını soruşduqda isə mütəxəssis Fərhad Ələkbərov trendləri əvvəlcədən dəqiq proqnozlaşdırmağın mümkün olmadığını bildirdi.

SMM üzrə mütəxəssis məsləhət kimi qeyd etdi ki, hansı şəbəkə Azərbaycanda məhşurlaşsa, bu üzrə trend mövzulardan və imkanlardan istifadə etmək lazımdır.

Fərhad Ələkbərov 2010-2012-ci illərdə dünyada məşhur Pinterest şəbəkəsinin Azərbaycanda heç tanınmadığını da xatırlatdı : “Bizim isə bu şəbəkə üzrə artıq böyük planlarımız var idi. Digər tərəfdən, Linkedin kimi biznes şəbəkəni həmyerlilərimiz onlayn CV saytı kimi istifadə edir. Buna görə, ölkədə hansı trendlərin olacağını proqnozlaşdırmaq, qərb ölkələrində olan trendlərə uyğun nəsə demək çox çətindir”.

“Sentyabrdan SMM üzrə treninqlər başlayır”

Sosial media menecerlərinin inkişafını zəif qiymətləndirən mütəxəssis qeyd edib ki, Sosial Media Marketinqi üzrə mütəxəssislərin inkişafı Azərbaycanda bu gün çox çətindir. Onun sözlərinə görə, bir çoxları şəxsi praktika üzərində və ya xarici resurslardan bilik toplayır.

Hazırda bu sahəyə böyük təlabatın olduğunu və bu istiqamətdə treninq mövzuları hazırladığını deyən Fərhad Ələkbərov Xeberler.az-a  bildirib ki, sentyabrdan  bu mövzuda dərslər başlayacaq.

“Dərslər 2 növbədə keçiriləcək: 3-5 günlük (gündə 8 saat) və aylıq (həftədə 3 dəfə 2 saat, axşam saatlarında). Bu Azərbaycanda həm Rəqəmsal Marketinq anlayışlarının yaranması, həm də SMM üzrə mütəxəssislərin çoxalmasına gətirib çıxaracaq”.

Fəhad Ələkbərov qarşıdakı dövrlərdə Azərbaycanda rəqəmsal marketinq agentliklərin sayının da xeyli artacağını bildirib.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə