Samsung marketinq və reklama nə qədər xərcləyir?

06-04-2017 / 13:03

Texnologiya sektorundakı ən yüksək marketinq büdcəsinə sahib şirkətlərdən biri olan Samsung-un 2016-ci ildəki marketinq büdcəsi açıqlanıb.

Xeberler.az  Cənubi Koreyanın Yonhap News saytına istinadən məlumat verir ki, Samsung ötən il reklam və marketinq xərcləri üçün  toplamda 10,2 milyard dollar xərcləyib.

Qeyd edilir ki, bu marketinq büdcəsi yalnız ağıllı telefonları əhatə etmir. Belə ki, açıqlanan bu rəqəm koreyalı texnologiya nəhənginin bütün məhsulları üçün yaradılmış bir büdcədir.

10,2 milyard dollarlıq büdcənin 3,9 milyard dolları isə yalnız reklam üçün xərclənib.

2015-ci ilə nisbətən reklam xərclərinin 15 faiz artıran Samsung ən çox pulu Galaxy S7 / S7 Edge və Note 7 modelləri üçün xərcləyib.

Onu da qeyd edək ki, Samsung-un ən ciddi rəqiblərindən olan LG-nin də marketinq büdcəsini 2015-ci ilə nisbətən 21,4  faiz artıb.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə