Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək, gənclərin yaradıcı potensialını aşkara çıxarmaq üçün onların internet məkanında kreativ rəqəmsal məzmunlar yaratmasını təşviq etmək məqsədilə 2024-cü il oktyabrın 18-dən dekabrın 1-dək olan müddətdə gənclər və gənclər təşkilatları üçün ilk dəfə keçirilən “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibləri müəyyənləşib.
Xeberler.az məlumat verir ki, ondun Müşahidə Şurasının qərarına əsasən “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyaları üzrə 17 gənclər təşkilatının, “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə isə 55 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.
“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Gənclər Fondunun rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Qrant müqavilələri yanvarın 15-dən fevralın 15-dək imzalanacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri