Previous Next
Bağla

Gənclər Fondu ilk dəfə rəqəmsal mövzuda qrant müsabiqəsi elan edir

19-10-2024 09:21
Gənclər Fondu ilk dəfə rəqəmsal mövzuda qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Gənclər Fondu ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir. Bu müsabiqə rəqəmsal texnologiyalar sahəsində innovativ həllərin dəstəklənməsinə və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına yönəlib. Müsabiqənin məqsədi gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək və onları internet məkanında kreativ rəqəmsal məzmun yaratmağa təşviq etməkdir.

Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları oktyabrın 18-dən noyabrın 10-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri Fondun E-xidmətlər Sistemi vasitəsilə elektron qaydada təqdim edilə bilər.

Müsabiqəyə təqdim olunan layihələr iki əsas istiqaməti əhatə edir:

-Birinci istiqamət rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və ya inteqrasiyası vasitəsilə innovativ həllər təklif edən məhsulların yaradılmasını nəzərdə tutur. Buraya veb-saytlar, tətbiqlər, süni intellekt əsaslı çatbotlar və analiz alətləri, virtual reallıq (VR) və artırılmış reallıq (AR) tətbiqləri, əşyaların interneti (IoT) əsaslı həllər daxildir;

-İkinci istiqamət isə müxtəlif rəqəmsal platformalarda yaymaq üçün nəzərdə tutulmuş, rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə hazırlanmış kreativ maarifləndirici, məlumatlandırıcı və əyləncəli videoməzmunun yaradılmasını əhatə edir. Bu material sosial media hesabları və digər rəqəmsal kanallar vasitəsilə yayımlana bilər.

Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Fond tərəfindən fiziki şəxslərin fərdi layihələri üçün maksimum 5000 manat, gənclər təşkilatlarının yerli layihələri üçün maksimum 10000 manat, beynəlxalq layihələr üçün isə maksimum 15000 manat qrant ayrılacaq.

Layihə təklifləri noyabrın 10-dək qəbul edilir.

Müraciət zamanı layihənin təsviri, təqdimatı, maliyyə əsaslandırması (büdcə planı) və ilkin tədbirlər planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdim etmək hüququna malikdir. Gənclər Fondu ilə qrant müqaviləsi imzalamaq və layihənin idarə olunması layihə rəhbəri tərəfindən şəxsən həyata keçirilməlidir.

Layihələr seçilərkən yenilik və unikal yanaşma, təklif olunan müddət və büdcə çərçivəsində həyata keçirilmə imkanları, texnoloji uyğunluq və reallaşdırılma potensialı kimi meyarlara üstünlük veriləcək.

Müsabiqə haqqında daha ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənclər Fondu qrant müsabiqəsi elan edib

22-05-2026

“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin nəticələri elan edilib

07-01-2025

“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalləri ilə görüş keçirilib

17-01-2025

“Gənclərin Maliyyə Savadlılığı portalı”nın təqdimatı keçirilib

15-08-2025

KOBİA 4-cü qrant müsabiqəsini elan edib

04-08-2023

Dövlət Fondu II qrant müsabiqəsi elan etdi

14-10-2014

Startapların nəzərinə-Qrant müsabiqəsi başlayır

27-02-2018

Azercell-dən sosial layihə müsabiqəsi

11-05-2022

Qrant müsabiqəsinə startapların qeydiyyatı davam edir

03-08-2016

İRİA-nın ayıracağı qrantın maksimum həcmi müəyyənləşib

10-01-2025

Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir

27-08-2024

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16-01-2026

3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

19-10-2015

Nazirlikdən qrant müsabiqəsinin qalibləri üçün yenilik

03-10-2017

Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

15-09-2016

3-cü qrant müsabiqəsinə layihələrin qəbulu bu gün başa çatır

10-11-2015

A.Bayramov: “Bu, Azərbaycanda ilk təcrübədir”

22-04-2014

Elektron hökumətlə bağlı müsabiqə keçirilir

13-11-2017

İKT layihələr üzrə qrant müsabiqəsinə maraq artıb

26-04-2017

Azərbaycanda ilk dəfə olaraq “Gənclər Hökuməti” modeli yaradılır

07-11-2013

Qrant müsabiqəsində 121 startap mübarizə aparır

03-09-2016

İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

30-09-2015

Qrant müsabiqəsində qeydiyyatdan keçən startapların sayı açıqlandı

01-09-2016

İKT sahəsi üzrə qrant müsabiqəsinə necə müraciət etməli?–Şərtlər

06-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə