“Rəqəmsal Yay Məktəbi” uğurla yekunlaşıb

28-07-2025 / 16:55

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə əməkdaşlığı, Sumqayıt Dövlət Universiteti və “Sumgait Innovation Hub”ın dəstəyi ilə həyata keçirilən “Rəqəmsal Yay Məktəbi” təlim proqramı yekunlaşıb. Proqram çərçivəsində Sumqayıt şəhərindəki ümumtəhsil məktəblərində təhsil alan, eləcə də “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan 100 nəfər şagirdə robototexnika və proqramlaşdırma üzrə biraylıq intensiv təlimlər keçirilib.

Xeberler.az bildirir ki, təlim proqramının yekun mərhələsi olaraq keçirilən layihə təqdimatları zamanı şagirdlər bir ay ərzində qazandıqları bilik və bacarıqları komandalar şəklində hazırladıqları layihələrlə nümayiş etdiriblər. Ümumilikdə, 18 komanda layihələrini təqdim edib və münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 4 komanda qalib elan edilib. 

Tədbirin rəsmi hissəsi təşkilatçı qurumların nümayəndələrinin çıxışları ilə davam edib. Daha sonra qalib komandalar mükafatlandırılıb, həmçinin iştirakçılara sertifikatlar təqdim olunub.

Sözügedən layihənin keçirilməsində məqsəd ölkədə gənc nəslin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, texnologiyalara marağın artırılması və gələcəyin innovativ mütəxəssislərinin formalaşmasına dəstək olmaqdır. 

Qeyd edək ki, "Rəqəmsal Yay Məktəbi"nin məzun günü “Sumqayıt Cup” çərçivəsində keçirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə