Rəqs edən robotlar dünya rekordu qırdı-Video

21-08-2017 / 12:00

Çinin WL Intelligent Technology şirkəti çox sayda sinxron rəqs edən robotları sayəsində dünya rekordu qırmağa müvəffəq olub.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Dobi adlı 1069 robot operatorun nəzarəti altında sinxron rəqs etmək və yeni dünya rekordu qırmaq üçün bir araya toplanıb.

Rekord Ginnesin Rekordlar Kitabına daxil edilib. Bundan öncəki rekordu isə, 1007 sinxron rəqs edən robot həyata keçirib.

Qeyd edək ki, bununla yanaşı, kiçik Dobi robotları ifa edə, həmçinin boks və kunq-fu ilə məşğul ola bilirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə